Ümumrayon iməcliyi keçirilib - Fotolar

Ümumrayon iməcliyi keçirilib - Fotolar

03 Sentyabr 2016, 18:47 725
Bu gün Binəqədi rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirilib.
Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan aksiyada İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının əməkdaşları, Gənclər Birliyinin fəalları, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları Biləcəri qəsəbəsi Natəvan küçəsindəki Şamlıq ərazisində genişmiqyaslı təmizlik aksiyası həyata keçiriblər. Eyni zamanda, aksiyada rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 250 nəfər  fəal iştirak etdilər.

Aksiya çərçivəsində Şamlıq ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə 3 Kamaz, 2 xüsusi təyinatlı maşın cəlb olunub. Təmizlik işləri çərçivəsində 200 kvadrat metr ərazidən toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb. O cümlədən, aksiya iştirakçıları Azadlıq prospekti boyunda təmizlik və abadlıq işlərini davam etdiriblər. Azadlıq prospektində 300 kvadrat metr əraziyə qazon örtüyü salınıb, ətrafa 100-dən artıq rəngbərəng qızılgül kolları əkilib. Estetik görüntüsü ilə diqqəti cəlb edən nümunəvi tullantı meydançalarının ətrafı gül dibçəkləri ilə bəzədilib.  Azadlıq prospekti 189 ünvanında yaşlı və gənc nəsilin istifadəsi üçün söhbətgah, uşaqlar üçün oyun meydançası, məhəllədaxili park qurularaq sakinlərin ixtiyarına verilib.

Bundan başqa, Azadlıq prospekti boyunca yol kənarlarında velosiped yolu işarələnək rənglənib. Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılıb. Təmizlik aksiyasının sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edilib.