Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans keçiriləcək
Azərbaycan Dillər Universitetinin
(ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq elmi
konfransın keçirilməsi haqqında əmr imzalayıb.
Əmrdə bildirilir ki, 2018-ci ilin
aprel-may aylarında Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 95 illiyinə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq
ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın
plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə iclaslarının
isə aşağıdakı ölkələrin müvafiq universitetlərində keçirilməsi nəzərdə tutulur:
-Azərbaycan Respublikasında – Azərbaycan Dillər
Universiteti bazasında, Bakı şəhəri;
-Türkiyə Respublikasında – Ərciyəs
Universiteti bazasında (Kayseri şəhəri) və Ərzurum Universiteti bazasında (Ərzurum
şəhəri);
-Rusiya Federasiyasında – Rusiya Federasiyasının I Prezidenti Boris
Yeltsin adına Ural Federal Universiteti bazasında (Yekaterinburq şəhəri),
A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu bazasında (Moskva şəhəri), Moskva Şəhər
Pedaqoji Universitetinin Samara filialı bazasında (Samara şəhəri);
-Gürcüstan Respublikasında –
Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti bazasında (Batumi, Kutaisi, Qori,
Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və «Bilik» cəmiyyətinin
iştirakı ilə);
-Çin Xalq Respublikasında –Xucjou
Universiteti bazasında (Xuçjou şəhəri);
-İtaliya Respublikasında –
Kassino Cənubi Latsio
Universiteti bazasında Sülh və Təhlükəsizlik Fondu ilə birgə, Üçüncü Roma
Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nitsa
Universitetinin (Fransa) iştirakı ilə
(Roma şəhəri);
-Portuqaliya
Respublikasında –Lusafona Universiteti bazasında (Lissabon şəhəri);
-Almaniya
Federativ Respublikasında –
Ausburq Universiteti bazasında (Ausburq şəhəri).
Konfransa hazırlıq və onun işinin təşkili məqsədi
ilə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu təşkilat komitəsi
yaradılıb.