• cümə axşamı, 28 mart, 14:16
  • Baku Bakı 16°C

"Ümummilli Lider Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir"

09.05.20 09:45 1768
"Ümummilli Lider Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir"
Kaspi.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradovanın yap.org.az-a verdiyi müsahibəni təqdim edir.
- Bahar xanım, məlum olduğu kimi, mayın 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur. Bu tarix Ulu Öndərin misilsiz xidmətlərinə bir daha işıq salır. İstərdik ki, bu barədə fikirlərinizi bölüşəsiniz...
- Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir ki, Onun fəaliyyəti yalnız mənsub olduğu xalqa və Özünün qurduğu müstəqil dövlətimizə məxsus deyil. Bu insan Azərbaycanın dünya ictimai-siyasi tarixinə verdiyi ən böyük şəxsiyyətlərdən, dühalardan biridir. Hansı ki, Onun irsi bütün xalqlar, bütün millətlər və dövlətlər tərəfindən öyrənilir, örnək götürülür, Onun xalqa xidmət formulu və bu fenomenin fəaliyyəti haqqında sanballı elmi-tədiqiqat əsərləri yazılır. Əlbətə ki, Heydər Əliyevin mənsub olduğu xalq kimi bu bizim şansımızdır. Əgər xalq öz sırasından belə br şəxsiyyət yetişdiribsə, bu şəxsiyyət də xalqın həyatında əvəzsiz rol oynayıb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurub, xalqımız üçün misilsiz xidmətlər göstərib. Biz Ulu Öndərimizlə qürur duyur, Onu böyük minnətdarlıqla xatırlayırıq. Hər zaman Heydər Əliyevin xalqımız və dövlətimiz üçün xidmətləri xatırlanır, böyük ehtiramla yad edilir, ruhuna dualar oxunur.
- Siz uzun müddət Ulu Öndər Heydər Əliyevlə birlikdə çalışmısınız. Ulu Öndərimizlə bağlı ən maraqlı xatirələr yaddaşınızda hansı izlər qoyub?
- Mənim Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Bu həm uşaqlıq, həm gənclik, həm də yetkinlik dövrü ilə bağlıdır. İlk dəfə Onunla orta məktəbdə oxuyanda görüşmüsəm. Elə o zamandan da Heydər Əliyev mənim idealıma çevrilib.Sonra vəziyyət elə gətirdi ki, SSRİ dağıldı, Azərbaycan müstəqilliyini elan etdi. 1992-ci ilin əvvəlində Azərbaycanın çətin vaxtlarında ölkəni mövcud dərin böhrandan çıxarmaq məqsədilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Mən də bu partiyanın üzvü oldum.Bundan sonra gənc qadınlar arasında müəyyən vəzifələrə ilk təyinat alanlardan biri də mən idim. Ən müxtəlif tədbirlərdə Ulu Öndər Heydər Əliyevlə birlikdə iştirak etmişəm, Onunla tədbirlərdə olarkən izlədiyim məqamlar mənim üçün unudulmazdır. Heydər Əliyevin şəxsiyyət olaraq möhtəşəmliyinə, şəxsiyyətinin zəngin çalarlarına heyran olmuşam. Heydər Əliyev yolunda xidmət etmək mənim ən böyük seçimimdir. Heydər Əliyevlə eyni düşərgədə təmsil olunmaq, Ondan tapşırıqlar almaq, bəzən ünvanına Onun dilindən xoş sözlər eşitmək mənim üçün xoşbəxtlikdir. Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri olan hər kəs üçün bu belədir.Əldə etdiyim bütün uğurlarımda da Ümummilli Lider və Onun ideyalarına sadiqliyin mühüm rol oynadığına dərindən inanıram. Heydər Əliyevin gənclərə və onunla birlikdə Azərbaycana xidmət yolunu seçənlərə göstərdiyi diqqəti heç vaxt unuda bilmərəm.Onu qeyd edim ki, Ümummilli Lider biz qadınların dövlət və ictimai həyata cəlb olunmağımıza xüsusi əhəmiyyət verməklə yanaşı, kadr kimi formalaşmağımıza da xüsusi diqqət yetirir və yeri gəldikdə bizi hər cür təhlükələrdən qorumağa çalışır, uğurlarımızı şəxsən dəyərləndirirdi. Bir YAP üzvü, Azərbaycan qadını kimi bu diqqət və himayəni həmişə üzərimdə hiss etmişəm. Mən özümü şanslı insanlardan biri hesab edirəm ki, Onu tanımışam, Onunla ünsiyyətdə olmuşam, Onun tapşırıqlarını yerinə yetirmişəm.
- Ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin xidmətlərinin tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyev çağırışlarında partiyada qadınların, gənclərin təmsilçiliyinin artırılmasını diqqətə çatdırıb. Bu baxımdan, Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatındakı rolunu necə qiymətləndrirsiniz?
- Azərbaycan qadınları hər dönəmdə fəal olmuşlar. Bu, onun xarakterindən, yaşam tərzindən, malik olduğumuz dəyərlərdən qaynaqlanır. Azərbaycan qadını həm ailədə, həm cəmiyyətdə, həm də dövlət həyatında tarixən fədakarlıqlar göstərməklə yanaşı öz adını tarixin ayrı-ayrı səhifələrinə yazmağı bacarıb. Düzdür, müasir dövrdən fərqi olaraq əvvəlki dövrlərdə siyasətlə məşğul olan qadınlaırmız elə də çox olmayıb. Amma sənət, yaradıcılıq, elm, təhsil aləmində qadınlar müəyyən inkişaf yolu keçmişdi.Biz bu gün həmin bünövrə əsasında davam edirik. Amma şəxsiyyətin tarixdə rolu, xüsusilə bu tarixin yaranmasında və yazılmasında bütün insanların, o cümlədən qadınların iştirakının təmin edilməsində rolu inkaredilməzdir. Bu mənada Azərbaycanın tarixində yenə də ən böyük rol birmənalı şəkildə Heydər Əliyevə məxsusdur.Ulu Öndər Heydər Əliyevin sovet dönəmində o dövrün imkanlarından istifadə edərək qadınları ön sıralara çıxarmaq, cəmiyyət və dövlət həyatının aparıcı fiqurlarına çevirmək və həlledici inkişafa nail olmaq üçün atdığı addımlar müstəqillik dönəmində bizi doğurdan da irəliyə atmaq üçün, sıçrayışlı inkişafa nail olmaq üçün çox vacib bünövrə oldu. Müstəqilliyin ilk illərində məhz Yeni Azərbaycan Partiyasının yaradılması isə təkcə ictimai həyata deyil, həm də siyasi həyata qadınların geniş miqyasda qatılmasına rəvac verdi. Nəzərə alsaq ki, qısa müddətdə YAP iqtidar partiyasına çevrildi və özü ilə bərabər partiyanın həlledici kəsimlərindən olan qadınları da siyasi proseslərə geniş şəkildə qatılmasına şərait yaratdı. İlk gündən qadınlar həyatımızın bütün sahələrində geniş rol almağa başladılar. Xüsusilə gənc qadınlara diqqət göstərilirdi. Seçkili orqanlarda, təyinatlı vəzifələrdə qadınların təmsilçilyinə fikir verilirdi. 1990-cı illərdə təyinatlı vəzifələrdə, icra orqanlarında, məhkəmələrdə qadınların təmsilçiliyi əhəmiyyətli dərəcədə artdı. Bunun nəticələrini indi də görməkdəyik.Ulu Öndərin qadınlara olan yüksək diqqətinin nəticəsidir ki, Onun qərarı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qısa müddətdə bu komitə çox böyük nüfuz qazandı, uğurlara imza atdı. Prezidentin İlham Əliyevin müvafiq Fərmanı ilə 2006-cı ildə Dövlət Komitəsinin fəaliyyət sferası daha da genişləndirildi. Bu gün Komitə Azərbaycanın ictimai-siyasi həyatının ayrılmaz bir hissəsidir. Dövlət Komitəsi səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməklə yanaşı, ictimai-siyasi siferada olan qadınlardan ibarət şəbəkəyə malikdir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin zamanında atdığı addımların nəticəsidir ki, bu gün ölkə qadınları cəmiyyət həyatında fəaldırlar.Ümumiyyətlə, gender bərabərliyi sahəsində qanunvericilik bazası da güclüdür. Bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulmuşuq. Beynəlxalq təşkilatlarda Azərbaycanın təmsilçiləri sırasında çoxlu sayda qadınlar var. Millət vəkilləri olan qadınlarımız da bu prosesə böyük töhfələr verir. Onlar da daxil olmaqla bütün digər qadınlar uğurları Heydər Əliyev siyasəti ilə bağlıdır. Buna görə də, Azərbaycan qadınları Ulu Öndər Heydər Əliyevi minnətdarlıqla xatırlayırlar.
- Bahar xanım, gender məsələsinə toxundunuz. Ölkəmizdə gender bərabərliyinin qorunması istiqamətində hansı addımlar atılır?
- Azərbaycan tarixən malik olduğu mədəniyyətə, multikultural dəyərlərə görə gender bərabərliyi sahəsində heç zaman problem yaşamayıb. Bizdə həm ailənin, həm də dövlətin idarə olunmasına qadınlar geniş şəkildə cəlb olunublar. Qadınların müəyyən sahədə uğur qazanması üçün qanunvericilik sahəsində heç bir məhdudiyyət olmayıb. Sadəcə, qarşıya hədəflər qoyub bu hədəflərə çatmaq lazımdır. Amma bu ayrı məsələdir ki, qadınlar bunu nə qədər istəyir?Ümumiyyətlə, bu sahədə qanunvericilik bazasının yaradılması və digər addımların atılması ilə əlaqədar təşəbbüslər də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gender bərabərliyinin təşviq edilməsində də Onun rolu böyükdür. Xatirimdədir ki, Ümummilli Liderimiz bir çox tədbirlərdə çıxışları zamanı Azərbaycan qadınlarının keçdiyi tarixi yoldan həvəslə danışardı, qadınları yüksək vəzifələrə hazır olmağa çağırardı. Yəni qadınlarla bağlı bütün məsələlər Onun diqqətində idi. Bu, həm də örnək idi ki, ölkə rəhbəri gender məsələsinə necə diqqət yetirir, digər qurumlar bundan nümunə götürərək hansı addımları atmalıdırlar.Bu gün Cənb Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə gender bərabərliyi məsələsi daha yüksək səviyyəyə çatıb. Mehriban xanım Əliyeva birinci xanım, Birinci vitse-prezident və YAP Sədrinin müavini kimi öz fəaliyyəti ilə Azərbaycan qadınlarına örnəkdir. Bu örnək imkan verir ki, qadınlarımız cəmiyyətimizin həyatında daha da fəal olsunlar.Hesab edirəm ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün həm hüquqi bazamız, həm real mexanizmlər, həm də dövlət institutları var. Eləcə də, ictimai fəal qadınları prosesə töhfə verməyə təşviq edən dövlət tərəfindən atılan addımlar kifayət qədərdir. Cənab Prezident bu məsələlərə xüsusi diqqət yetirir. Dövlət bu sahəyə kifayət qədər vəsait ayırır. Biz gender bərabərliyi ilə bağlı beynəlxalq layihələrin reallaşması istiqamətində müvafiq tədbirlər həyata keçiririk. O cümlədən, qadınların məşğulluğunun təmin olunması, qadın sahibkarlığının inkişaf etdirilməsi diqqət mərkəzindədir.
- Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti bütün Azərbaycan qadınları üçün bir örnəkdir. Mehriban xanım Əliyevanın fəaliyyəti fonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi qadınlarımıza hansı çağırışları edərdiniz?
- İlk növbədə, çağırış özünə inamla bağlı olmalıdır. İstənilən şəxs qarşısına hədəf qoyursa özünə güvənməlidir. Belə olmadığı təqdirdə uğur qazanmaq mümkün deyil. Üzümü qadınlara tutaraq dövlət və cəmiyyət həyatına daha geniş şəkildə iştirak etməyə, özlərinə inam formalaşdırmağa çağırıram. Onları dövlətin qadın siyasətinə istinad etməyə və bu siyasətə söykənərək dövlət həyatına, ictimai həyata töhfə verməyə dəvət edirəm. Çünki bu bizim iştirakımızla və bizim gələcəyimizi təmin etmək üçün qurulan dövlətdir. Bu dövlətin gələcək həyatı üçün biz məsuliyyəti bölüşməliyik.Əlbəttə ki, ölkədə yaradılan maddi dəyərlər, iqtisadi dəyərlər, elmi potensial, Azərbaycanın malik olduğu bütün resursların hər bir insanın həyatına yönəlməsi işi həm də bizim işimizdir. Biz ailəmizə cavabdeh olduğumuz kimi, dövlətimizin nailiyyətlər qazanmasına cavabdehlik daşımalıyıq. Ona görə də, kişilərlə bərabər mövcud imkanlardan istifadə edərək bərabər nəticələr qazanmağa çağırıram.Bu gün qadınları koronavirus pandemiyası ilə bağlı çətinlikləri dəf etmək üçün öhdəlikləri dərk etməyə çağırıram. İnanıram ki, bu çətinlikdən alnıaçıq çıxmağımıza qadınlarımız da öz töhfələrini verəcəklər.
banner

Oxşar Xəbərlər