AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

Cəmiyyət
01 Avqust 2020, 17:00 324
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib.
Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Bu meyarlar "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və ümumi təhsil müəssisələrinin növlərinə dair tələbləri müəyyən edir. Meyarlar ümumi təhsil müəssisəsinin növünün müəyyən edilməsi və bir növdən digərinə keçirilməsi barədə qərar qəbul edilən zaman nəzərə alınan tələblərdir.
Qərara görə meyarlar əsasında ümumi təhsil müəssisələri ibtidai ümumtəhsil, ümumi orta ümumtəhsil, tam orta ümumtəhsil, ümumtəhsil internat, xüsusi, xüsusi internat, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, gimnaziya, inteqrasiya təlimli internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli və inteqrasiya təlimli ümumi təhsil müəssisələri, lisey növlərinə aid edilir.
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyən edilərkən "Təhsil haqqında”, "Ümumi təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınır.