• cümə, 19 Aprel, 02:49
  • Baku Bakı 18°C

Ümumi məhsul buraxılışında aqrar sektorun payı artır

23.01.17 10:45 901
Ümumi məhsul buraxılışında aqrar sektorun payı artır
Ötən il Ağsu rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən bir milyon manat artaraq 156,2 milyon manat təşkil edib. Məhsul buraxılışında kənd təsərrüfatının payı 45,6 faiz olub.
Rayon statistika idarəsindənAZƏRTAC-a bildirilib ki, qeyri-neft sektorunun inkişafı, aqrar sektorda aparılan islahatlar ümumi məhsul buraxılışında bu sahənin çəkisini artırır.
Rayonda ənənəvi sahələr olan ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın və pambıqçılığın inkişaf perspektivləri Ağsuda ümumi məhsul buraxılışında kənd təsərrüfatının inkişafına ciddi təsir göstərəcək. Təkcə gələn il 2500 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Artıq bunun üçün plantaj şum çıxarılıb.
banner

Oxşar Xəbərlər