• cümə axşamı, 25 aprel, 08:31
  • Baku Bakı 14°C

Mülki məsuliyyətin icbari sığortası üzrə 84 898 elektron müqavilə bağlanılıb

03.12.17 09:00 2229
Mülki məsuliyyətin icbari sığortası üzrə 84 898 elektron müqavilə bağlanılıb
Cari ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 84 898 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İSB-danAZƏRTAC-a bildiriblər ki, bunlardan 13 427 müqavilə xarici ölkələrdə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6 666 001 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 31faiz artım, sığorta haqlarının məbləğində isə 28 faiz artım müşahidə edilib.
Xatırladaq ki, 2016-cı il noyabrın 1-dən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.
banner

Oxşar Xəbərlər