Müjdat Gezen: “Gülüş insanlara yaraşır”
Türkiyənin tanınmış aktyoru, rejissoru Müjdat Gezen
tamaşalarda oynadığı rolları ilə türk tamaşaçılarının sevimlisinə çevrilib. Azərbaycan
tamaşaçıları isə onu rol aldığı filmlərinə görə tanıyır və sevirlər. Rejissor olaraq da sevilən Müjdat Gezen rəhbərlik
etdiyi böyük bir teatr komandası ilə "7 Kocalı Hürmüz” adlı musiqili tamaşasını
tamaşaçılara təqdim edib. Tamaşanın rejissoru Müjdat Gezen deyir ki, insanların
gülməyə haqqı var. Hazırlanan tamaşa o
haqqı tamaşaçılara bəxş edir.
Böyük populyarlıq qazanan tamaşa ilə bağlı söz söhbətlər
bitib tükənmək bilmir. Tamaşaçılar tamaşanın yenidən oynanılacağı günü gözləyir.
Türk mediası da texnologiyaların bu qədər gündəmi zəbt etdiyi müasir bir dövrdə izləyicilərin musiqili tamaşaya olan marağını
nəzər alıb, tamaşanın rejissoru və baş qəhrəmanlarından təəssüratlarını xəbər
alıblar. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq onu sizə tərcümə
edirik. Müjdat Gezen, İlker Ayrık və
Aykut Taşkın Türkiyə mətbuatına tamaşa ilə bağlı münasibət bildiriblər. Müjdat
bəyin özü tamaşada aparıcı olaraq səhnəyə çıxıb. Hürmüz obrazını Birce Aklayın
canlandırdığı komanda 65 nəfərdən ibarət olub.
Jurnalist tamaşadan sonra Müjdat Gezen, İlker Ayrık
və Aykut Taşkınla söhbət edib. Həmin söhbəti ixtisarla sizlərə təqdim
edirik.
- Müjdat bəy,
həm rejissor, həm təşkilatçı, həm də hekayəni danışan adamsınız. Çətin deyil
ki?
Müjdat Gezen: Tamaşanın əvvəlində yazıçının bu əsəri necə
yazmasından başlayıram. İnsanlar hesab edirlər ki, bu əsər səhnədə çox
oynanılıb, lakin elə deyil. Bu əsəri 20 il bundan qabaq yenə də mən səhnələşdirmişdim.
Həmin tamaşada rol alan Ercan Bostançıoğlunun 82 yaşı var. O, 82 yaşında
ssenarini elə gözəl əzbərləmişdi ki... Bir gün eşitdik ki, aktyorumuz xəstələnib
və əməliyyat olunub. Biz də komanda olaraq onun ziyarətinə getdik. Xəstəxanada əlində
ssenarini əzbərlədiyinin şahidi oldum. Teatr belə bir şeydir. İnsana enerji
verir.
- Elədir. İstərdik
Hürmüzün həyat yoldaşlarından danışasınız.
Aykut Taşkın: Mən orada Hallaçı oynayıram. Hürmüzün həyat
yoldaşları arasında tək saxtakar olanı odur. Digərləri saf insanlardır.
İlker Ayrık: Hürmüzün ən şanslı həyat yoldaşı mənəm (gülür). Mən
Hürmüzün 6-cı həyat yoldaşıyam.
- Çox
maraqlıdır, qadının iradəsinə baxın.
Müjdat
Gezen: Məncə
kişilər özlərini dünyanı idarə etdənlər sayırlar. Bu tamaşada biz bununla
tez-tez rastlaşırıq. Zamanında ssenaristə nə üçün bütün əsərlərinin adının
qadın ismi olduğunu soruşdum. Təsəvvür edin "7 Kocalı Hürmüz”, "Kocamın
Nişanlısı”, "Çılgın Yenge”, "Azgın Gelin” və sair. Mənə "Övladım, bizdə kişi
teatra getməz, qadın onu teatra aparır, ona görə də adlar belədir” – demişdi.
Bu mənə böyük dərs olmuşdu. "7 Kocalı Hürmüz” əsərini səhnələşdirərkən ssenaridə
kiçik bir dəyişiklik etdim. Sadık bəy də belə olmasını çox istəyərdi. Hürmüz bu
işi pul üçün görmür. Onun həyat yoldaşları ona çox çəkdiriblər. Gözlərini itirən
qadın "kişilərən intiqam alacağam” deyib. Yəni məsələni biz burada pula
dayamadıq. Məsələyə feminist yanaşdıq.
İlker Ayrık: Qadınlara dəstək verilməsi,
onların layiq olduğu hörməti səhnədən
göstərməyə çalışması baxımından tamaşanı uğurlu hesab etmək mümkündür.
- Bu gün
Türkiyənin ən tanınmış aktyorları belə deyirlər ki, müəllimimiz ilk əvvəl bizə
sevməyi öyrətdi.
Müjdat
Gezen: Nə xoşbəxt
mənə. Təbii ki, hər işin əvvəlində sevgi dayanır. İnsan dünyadan köçərkən özü
ilə heç nə aparmır. Sadəcə insanların qəlbindəki sevgini özünlə apara bilirsən.
İnsanları və tələbələrimi xoşbəxt edə bilmişəmsə, demək ki, mən də xoşbəxtəm.
İlker
Ayrık: Mən məktəbə 1999-cu ildə daxil oldum. Hələ də müəllimin
dizinin dibində olmaq mənə qürur verir.
- Bu tamaşa
sizə nə hiss etdirir?
İlker
Ayrık:
Türk teatrının klassik əsərlərinin
birində ustadımın rejissorluğu ilə, belə bir coşqulu komanda ilə səhnəyə çıxmaq
çox şərəflidir. Dərdimiz isə hər kəslə paylaşmaqdır. Tamaşaçılar mükəmməl
dekorasiyanın, bol enerjili komandanın, musiqilərin, rəqslərin və tamaşanın
sonuna qədər gülə biləcəkləri bir tamaşa gözləyir.
Müjdat
Gezen: Gülmək
insanlara çox yaraşır. Yaşadığımız dünyada yalnız insanlar gülür. İnsan da
insana gülür. Bir başqa şeyə gülürsə onda insandan bir parça tapdığı üçündür.
Misal üçün tutuquşu, meymun insan kimi hərəkət etdiyi üçün onlara gülürük.
İnsanlara gülmək yaraşır. Bu tamaşa bu
haqqı verməlidir.
- İlkər bəy,
çox arıqlamısınız.
İlkər Ayrık: Tamaşadakı obrazına görə 11 kilo arıqlayıb. Səhnədə
daha gözəl durmaq üçün müəllimimə arıqlayacağıma görə söz vermişdim. Bu tamaşa
da vəsilə oldu.
- Müjdat bəy,
sizin tələbələrinizin açdığı sənət məktəbi
yandırıldığında həmin mərkəzi yandıranlara
"çayın altını yandırsaydınız söhbət edərdik” kimi mesajlar ötürmüşdünüz. Bu insanlara necə bir mesaj idi?
- Həmin ərəfələrdə məni çox duyğulandıran hadisələr
oldu. Fənərbağçalı və Beşiktaşlı fanatlar birlikdə məni dəstəyə gəldilər.
Xalqın sevgisi möhtəşəm idi. Türk toplumunun ən çox lazım olduğu şey birləşməkdir.
Həssas dönəmlərdə isə xüsusilə.
- Demək istəyirsiniz
ki, insanları teatr birləşdirir?
- Əlbəttə, sənət insanları özünə çəkir.
Hazırladı: Xəyalə
Rəis