• çərşənbə axşamı, 19 mart, 12:56
  • Baku Bakı 8°C

Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir

23.01.21 12:30 401
Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir
Vətən müharibəsi zamanı dağıntıları çox olan məktəblərlə bağlı müvafiq qərarların verilməsi üzərində işlənilir.
Kaspi.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı ermənilərin atdığı raket atəşləri cəbhə bölgəsinə yaxın və ondan uzaq yerləşən radiusda yerləşən məktəblərdə tədrisi həyata keçirməyi mümkünsüz idi.
"Bu, 300 mindən artıq şagird, 1150-ə qədər məktəb demək idi. 54 məktəb müharibə dövründə bu və ya digər şəkildə zədələnib. Onların bərpası üçün müvafiq dövlət qurumları ilə birlikdə işləyirik. Düşünürəm ki, fevralın 1-də ibtidai sinif şagirdləri məktəbə qayıtdıqda bu məktəblərin əksəriyyəti onları qəbul etməyə hazır olacaq. Bəzi məktəblərdə dağıntılar çox olduğundan onlarla bağlı müvafiq qərarların verilməsi üzərində işləyrik".
E.Əmrullayev qeyd edib ki, dağıntıları çox olan həmin məktəblərin şagirdlərinin ya qonşu məktəblərə yerləşdiriməsi, ya da həmin məktəblərin hansısa otaqlarının müvəqqəti təmir edilməsi və daha sonra daha dayanıqlı həll yollarının tapılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər