• cümə axşamı, 25 aprel, 02:56
  • Baku Bakı 19°C

Müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak üçün Bakıya gələn qız yoxa çıxıb

28.08.17 12:00 1428
Müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak üçün Bakıya gələn qız yoxa çıxıb
Lənkəran sakini Bakıda itkin düşüb.
Nərimanov rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.
Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.
banner

Oxşar Xəbərlər