• çərşənbə, 24 Aprel, 08:20
  • Baku Bakı 13°C

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində uğur qazananların sayı açıqlanıb

14.08.17 16:54 832
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində uğur qazananların sayı açıqlanıb
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin testmərhələsindən uğurla keçən namizədlərin sayı açıqlanıb.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi BağırovAPA-ya bildirib ki, müsabiqənin test mərhələsində40 minə yaxın namizəd iştirak edib. Namizədlərdən 30 minə yaxını müvafiq keçid balını toplayaraq uğur qazanıb: "İlk mərhələdə 36 baldan yuxarı nəticə göstərənlər test imtahanından keçmiş hesab olunub. Onların sayı da təxminən 30 minə yaxındır. Onlar növbəti mərhələyə-ixtisas seçimi, müsahibə mərhələlərinə buraxılıblar”.
E. Bağırov qed edib ki, test imtahanında ən yaxşı nəticə göstərənlər "Riyaziyyat”, "Coğrafiya”, "İngilis dili”, "Azərbaycan dili və ədəbiyyat” fənləri üzrə işləmək istəyənlər olub. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də ən çox vakant yer və sənəd verənlərin sayı ibtidai sinif müəllimliyi üzrə qeydə alınıb. Test imtahanında 4 nəfər 60 ballıq maksimal nəticə göstərib.
banner

Oxşar Xəbərlər