• cümə axşamı, 18 aprel, 09:23
  • Baku Bakı 12°C

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu mərhələsi başlayır

19.08.17 19:50 970
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu mərhələsi başlayır
Avqustun 21-dən ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Təhsil NazirliyindənAZƏRTAC-a bildiriblər ki, Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Müsahibə mərhələsi avqustun 25-dək davam edəcək.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
banner

Oxşar Xəbərlər