• cümə, 29 Mart, 19:48
  • Baku Bakı 14°C

Müdafiə sənayesi naziri: "ATU-nun “Xüsusi texnika və texnologiya” fakültəsini bitirən 100 məzun işlə təmin edilib"

17.12.17 13:30 2500
Müdafiə sənayesi naziri: "ATU-nun “Xüsusi texnika və texnologiya” fakültəsini bitirən 100 məzun işlə təmin edilib"
Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədiləMüdafiə Sənayesi Nazirliyinin sifarişi ilə Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və texnologiya” fakültəsi yaradılıb.
APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziriYavər Camalov"17 dekabr -Müdafiə Sənayesi Nazirliyiişçilərinin peşə bayramı günü" ilə bağlı "Azərbaycan" qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" məqaləsində yazıb.
Y. Camalov nəzərə çatdırıb ki, nazirliyin sifariş verdiyi 5 müdafiə təyinatlı ixtisas üzrə bakalavr və magistr pillələrində 2012-2013-cü tədris ilindən kadr hazırlığına başlanılıb: "Fakültədə təhsil alan tələbələrə praktik məşğələlərin keçirilməsi üçünMüdafiə Sənayesi Nazirliyinin müəssisələrində əyani vasitələrlə təmin olunmuş auditoriyalar yaradılıb. Fakültəni bitirən 100-dən artıq məzunMüdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq işlə təmin olunub, ixtisaslı kadrlar kimi fəaliyyətlərinin davam etdirilməsi və təhsil illərində əldə etdikləri biliklərin tətbiqi üçün lazımi şərait yaradılıb".
banner

Oxşar Xəbərlər