• cümə, 19 Aprel, 09:45
  • Baku Bakı 13°C

Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub - Fotolar

21.03.17 15:22 671
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub - Fotolar
Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli liderHeydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri, general-polkovnikZakir Həsənovhospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb, hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Sonra hərbi qulluqçuların ailə üzvləri, hərbçi və mülki qadın əməkdaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulan, son texnoloji nailiyyətlərə əsaslanaraq müasir avadanlıq və cihazlarla təchiz edilmiş doğum şöbəsinin açılışı olub.

Tibbi heyətlə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib, müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verib.







banner

Oxşar Xəbərlər