AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müdafiə Nazirliyindən baş tutmayan İran səfəri ilə bağlı Açıqlama

Müdafiə Nazirliyindən baş tutmayan İran səfəri ilə bağlı Açıqlama

Təfsilat
20 Avqust 2013, 10:14 1356
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana nəzərdə tutulan səfərinin ləğv edilməsi ilə əlaqədar yayılan informasiyada qeyri-dəqiqliyə yol verilib: “Səfər sadəcə təxirə salınıb. Hazırda danışıqlar gedir, vaxt dəqiqləşəndən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutacaq”.

Qeyd edək ki, İran dövlət televiziyası səfərin Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ləğv edildiyi haqda məlumat yayıb.