• çərşənbə axşamı, 23 aprel, 21:56
  • Baku Bakı 20°C

Müdafiə Nazirliyi: Orduya qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək

21.05.20 18:27 659
Müdafiə Nazirliyi: Orduya qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək
Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna qarşı aparılan təxribat xarakterli kampaniyaya "Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanovun qoşulması təəssüf hissi doğurur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, əsgər rütbəsində hərbi xidmət keçmiş bir şəxsin strateji səviyyədə mülahizələr yürütməsi qəbuledilməzdir:
"Müxtəlif qüvvələr tərəfindən maliyyələşdirilən bu şəxs Müdafiə Nazirliyinə qarşı başladılan qarayaxma kampaniyasına, eləcə də düşmənin Azərbaycan Ordusuna qarşı apardığı informasiya təbliğatına dəstək verir.
Bildiririk ki, bununla bağlı Müdafiə Nazirliyi tərəfindən hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək".
banner

Oxşar Xəbərlər