• cümə, 19 Aprel, 19:23
  • Baku Bakı 24°C

Müdafiə Nazirliyi: Canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir

26.10.20 20:26 453
Müdafiə Nazirliyi: Canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusu bu gün saat 08.00-dan humanitar atəşkəs rejiminə əməl edir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, Ermənistan saat 08.05 radələrindən başlayaraq müxtəlif istiqamətlərdə humanitar atəşkəs rejimini pozub: "Bu gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb”.
Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir: "Nizami Ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”.
banner

Oxşar Xəbərlər