• cümə, 26 Aprel, 03:17
  • Baku Bakı 16°C

Müdafiə naziri ön xətdə bölmələrin hazırlığını yoxlayıb - Fotolar

23.12.16 16:45 729
Müdafiə naziri ön xətdə bölmələrin hazırlığını yoxlayıb - Fotolar
Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.
MN-dənAPA-ya verilən məlumata görə, şəxsi heyətlə görüşən Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.
Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib.
Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edən general-polkovnikZakir HəsənovAli Baş Komandanın adından xidmətdə fərqlənənlərə medallar və mükafatlar təqdim edib.
banner

Oxşar Xəbərlər