• çərşənbə axşamı, 23 aprel, 11:40
  • Baku Bakı 20°C

Müdafiə naziri müşavirə keçirib

17.11.17 14:20 2726
Müdafiə naziri müşavirə keçirib
Noyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnikZakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

MN-dənAPA-ya verilən məlumata görə, nazirliyin Baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.

Müdafiə naziri təlimlərdə iştirak edən rəhbər heyətin məruzələrini dinlədikdən sonra müvafiq tapşırıq və göstərişlərini verib.
banner

Oxşar Xəbərlər