Mübarizələrdə kamilləşən qəhrəman
Ömür yoluna unudulmaz səyahət
macəraları qatmış bütün yazarlar kimi Corc Bayronun da İngiltərəni tərk
etdikdən sonrakı Avropaya səyahəti yeni bir romanın yaranmasına səbəb olub –
"Çald Haroldun ziyarəti” ("Childe Harol’s pilgrimage”). Müəllifin müasiri olan
tənqidçilər onun hansı əsərini avtobioqrafik olduğunu iddia etsə, Bayronun
kəskin etirazı ilə qarşılaşıb. O, "Çald Haroldun ziyarəti”nin də avtobioqrafik
səciyyə daşımadığı hökmünü irəli sürsə də, əksini sübut edən ciddi faktlarla
qarşılaşıb. Spenser stanzaları adlanan doqquz misralıq şeir üstündə yazılmış
hekayədə həyatını duyğularının və zövqlərinin ixtiyarına vermək istədiyi üçün
doğma torpaqlarını tərk edən aristokrat gəncin macəraları qələmə alınıb. Eynilə
Bayronun İngiltərədən baş götürüb getməsi kimi Çald Haroldun səyahəti də
məqsədsizdir. Hekayənin əvvəlində bu qaçışın əsl səbəblərinə aydınlıq
gətirilməsə də, sonrakı kantolarda bu uzaqlaşma, axtarış psixoloji yenilənmə
arzusu ilə əlaqələndirilib. Bəlkə də, ictimai qınaqla üzləşmiş bir məhəbbət
macərasından qaçış da ola bilər. Üstəlik ənənəvi Bayron üslubu əsərdə o qədər hamimdir
ki, oxucu üçün Haroldu azad bir aristokrat kimi təhkiyəçidən fərqləndirmək
çətinləşir.
Hadisələrin tarixçəsi
"Çald Haroldun ziyarəti” müəllifin ilk xarici səfərindən etibarən yaranmağa başlayıb. İspaniya, Portuqaliya, Albaniya və Yunanıstan kimi onu daha çox heyran qoymuş yerlərin təsvirləri daha geniş əks olunub. Əsərin ilkin adı "Çald Burun” olub. Burun isə Bayronun uşaqlıq illərindəki əzizləmə adıdır. Çald isə hələ bir soyad və status almamış alicənab gəncə işarə edir. Spenserian stanza janrını isə müəllif Edmund Sperserdən götürüb. Bayronun fikrincə, doqquz sətirlik şeir formasında həm təsviri, həm duyğunu, həm fikri tamamlamaq olur.
Süjet
Bayronun üslubunda bir mövzuya köklənmək ümumiyyətlə, müşahidə olunmur. Baş qəhrəmanın "zehnini aydınlandıracaq işıq” axtarışı ilə başlayan macərası sonradan Çald Haroldun dünyada öz kimliyini anlaması kimi fəlsəfi bir mövzuya keçid alır. Lakin onun dünyaya və cəmiyyətə düşmənliyi yadlaşma ilə müşahidə olunmur. Çald hər fürsətdə cəmiyyətlə uzlaşmağa, bütövləşməyə hazırdır, lakin öz prinsip və xarakterinə sadiq qalmaq və buna hörmətlə yanaşılması şərtilə. Bu prinsiplər isə adətən romantik sevgi hekayələrində uğursuzluqlar yaşamış qəhrəmanlara xas olsa da, Bayron bunu azadlıq axtarışlarına çıxmış qəhrəmanın meyl etdiyi siyasi axınlara bağlayır. Napoleon tiranlığı haqqındakı monoloqda bu, olduqca uğurlu alınıb.
Mənbə: "enotes.com”-da Tnan Munozun elmi işinin mətnindən hissələr
İngilis dilinən tərcümə edən: Elcan Salmanqızı
İlk kantoda Napoleon ordusunun
Britaniya və İspaniya qoşunları ilə toqquşduğu yerlərin təsviri fonunda
Haroldun Portuqaliya və İspaniya səyahətləri canlandırılıb. Baş qəhrəmanı məhz
müharibə meydanına çevrilmiş ərazilərə, şəhərlərə aparmaqla Bayron həm öz
xatirələrinə yer verir, həm də savaşın yekunlarını, Fransa imperiyasını süquta
sürükləyən səbəbləri göstərir. Bu hissədə müharibə dövründə dünyanı heyrətə
salmış Araqon qadınlarının təsvirinə geniş yer verilib. Bayron onları Amazon
qadınları, yunan döyüşçüləri ilə müqayisə edir. Onlar döyüşmək üçün hərbi təlimlər
almasalar da, cəsarətləri və fiziki gücləri hesabına əsl savaşçı kimi
davranırlar. Bu keyfiyyətlərin heç birinə sahib olmayan Haroldun melanxolik
abu-havası və mənəvi boşluqda çırpınan ruhu da birinci hissədə kontrast təsvir
kimi ön planda dayanır. Harold onu doğmalarından, vətənindən uzaq salan
səbəblərin ağırlığından qurtula bilmir. Gəzdiyi yerlərdə tanıdığı insanlar
tərəfindən göstərilən sevgi, qayğı, insanların müharibə dəhşətlərinə meydan
oxuyan şənlikləri belə onu sevindirmir. Çünki o, qayğı və sevgi ilə əhatələnmiş
həyatını sevimli anası, bacısı, dostlarıyla belə vidalaşmadan tərk etmişdi. O,
artıq bütünlüklə həyatdan zövq ala bilmədiyini təsadüfən qatıldığı buğa
döyüşündə anlayır.
Sonra Şərqin ovsunlu aləminə yaxından
bələd olan Bayron müşahidələrini və məlumatlarını bölüşmək üçün Osmanlı
İmperiyasına və onun əsarətindəki yunan
torpaqlarından bəhs edir. Burada isə
Osmanlının Şərq ənənələri Yunanıstanın əzəmətli heykəltəraşlıq, rəssamlıq
nümunələri, daş tikililəri ilə qarşılaşdırılır. Başqa bir ölkənin əsarəti
altında yaşamağı qəbul etmiş yunan xalqının təslimiyyətçiliyi isə Afinanın və
qüdrətli tarixin simvolları olan heykəllər, meydanlar, qəsrlər ilə
qarşı-qarşıya qoyulur. Bayron addım-addım gəzdiyi Afinanın təsvirinə geniş yer
ayırır. Canlı təsvirlər arasında Bayronun dövründə avropalıların haqqında çox
az şey bildikləri Albaniya səyahətindən təəssüratlar da ön plandadır.
Əsərin üçüncü hissəsi birinci və ikinci
hissədən çox sonra yazılıb. Bu isə üçüncü hissədə qarşılaşdığımız dil, üslub,
ton fərqində özünü göstərir. Burada daha qapalı və incik bir Bayron tərzi var.
Uzunmüddətli sürgün həyatı, sevdiyi insandan ayrılmaq, bir sığınacaq tapa
bilməmək şairin emosional balansını pozur. Artıq özü kimi baş qəhrəman Çald da
bu sürünməkdən qurtuluşu yalnız qalmaqda, təbiətə uyğunlaşmaqda, dağ
yamaclarında, okean sahillərində görür. Bu hissədə yenidən müharibə
meydanlarında yaşananlar, Belçika sərhədlərindəki Voterlo döyüşü, Napoleonun acgöz
istilasının gedişatı zaman-zaman ön plana çəkilir. İsveçrə səfərində Bayron
çağdaşlarının yaradıcılığı ilə tanış olmağa başlayır. Burada məskunlaşdığı ilk
zamanlarda Russonun, Şelli və Vördvörsün fəlsəfi ideyalarını qəbul etməsə də,
məlumatlanır. Üçüncü hissə kədərli başlasa da, şairin bütün melanxolizminə
baxmayaraq, optimist baxışla, ümidlə bitir – insan üçün bəşəri fenomenlik çox
vaxt imkansız olsa da, xoşbəxtlik və xeyirxahlıq hər zaman əlçatandır.
Dördüncü kanto isə Haroldun İtaliya
səfəri və Bayronun Venesiya gəzintiləri ilə başlayır. "Əsrlər sonra da
gözəlliyini və əzəmətini qoruyacaq” Venesiyada Çald Haroldun xoşbəxtlik ümidini
itirmək üzrə olduğu görünür. Belə ki, artıq sosial-mədəni çevrəsinin psixoloji
şiddətindən qaçaraq, ayrıldığı vətəninin, qızının həsrəti Bayronun iradəsini
küncə sıxışdırır. Qarşımıza hər addımda qayıda bilməyəcəyi bir dünənin
həsrətini çəkən qəhrəman çıxır. Artıq ölümünü, İngiltərəyə qayıdan, doğma
torpağına qovuşan ruhunun xoşbəxtliyini xəyal edir. Nümunə Bayronun insan
gücünün əhəmiyyətsizliyi, mübarizəsinin mənasızlığı, ruhunun sirri haqqındakı monoloqu ilə bitir.
Hadisələrin tarixçəsi
"Çald Haroldun ziyarəti” müəllifin ilk xarici səfərindən etibarən yaranmağa başlayıb. İspaniya, Portuqaliya, Albaniya və Yunanıstan kimi onu daha çox heyran qoymuş yerlərin təsvirləri daha geniş əks olunub. Əsərin ilkin adı "Çald Burun” olub. Burun isə Bayronun uşaqlıq illərindəki əzizləmə adıdır. Çald isə hələ bir soyad və status almamış alicənab gəncə işarə edir. Spenserian stanza janrını isə müəllif Edmund Sperserdən götürüb. Bayronun fikrincə, doqquz sətirlik şeir formasında həm təsviri, həm duyğunu, həm fikri tamamlamaq olur.
İlk iki kanto 1812-ci ildə işıq üzü
görür və Bayron rədd olunduğu Londonun sosial-ədəbi dairələrində misli
görülməmiş məşhurluq qazanır. Müəllifin imtinalarına baxmayaraq, Haroldun elə
Bayronun hekayəsində işçi olduğuna inananlar isə onu yenə rədd edir. Bu
qarışıqlığa isə elə müəllif özü əsas yaradır – bir tərəfdən səyahətlərə ara
verəndə, yazmağa da ara verir, digər tərəfdən isə bir qəhrəmanın təxəyyül
məhsulu olan əsər yazdığını deyərək, öz macərasına haqsızlıq edir. Digər
tərəfdən isə oxucu açıq-aşkar sezir ki, Harold gənc və aristokrat olsa da,
qətiyyən təcrübəsiz deyil. Onun yaşadığı psixoloji sarsıntılar, özünü tabe
tutduğu fəlsəfi sorğu-suallar qətiyyən yaşına uyğun dərinlikdə deyil. Çald
Haroldun sirli keçmişi ilə bağlı oxucu əsla məlumatlandırılmır. Sanki Bayron Haroldun
keçmişini öz keçmişi kimi gizlədir. Çald Harold Bayronik qəhrəmanların
ümumiləşdirilməsidir.
Süjet
Bayronun üslubunda bir mövzuya köklənmək ümumiyyətlə, müşahidə olunmur. Baş qəhrəmanın "zehnini aydınlandıracaq işıq” axtarışı ilə başlayan macərası sonradan Çald Haroldun dünyada öz kimliyini anlaması kimi fəlsəfi bir mövzuya keçid alır. Lakin onun dünyaya və cəmiyyətə düşmənliyi yadlaşma ilə müşahidə olunmur. Çald hər fürsətdə cəmiyyətlə uzlaşmağa, bütövləşməyə hazırdır, lakin öz prinsip və xarakterinə sadiq qalmaq və buna hörmətlə yanaşılması şərtilə. Bu prinsiplər isə adətən romantik sevgi hekayələrində uğursuzluqlar yaşamış qəhrəmanlara xas olsa da, Bayron bunu azadlıq axtarışlarına çıxmış qəhrəmanın meyl etdiyi siyasi axınlara bağlayır. Napoleon tiranlığı haqqındakı monoloqda bu, olduqca uğurlu alınıb.
Bir çox süjetə bağlı məsələni
birləşdirməkdə müəllifin əsas məqsədi, protoqonist qəhrəmanın öz rolunu
anlamasına, yolunu tapmasına kömək etməkdir. Elə hekayənin kulminasiyası da
Haroldun məqsədə çatdığı səhnələrdə reallaşır. Öz yerini, mənasını, yolunu
təyin edən Çald Harold artıq daha əmin və güclüdür. Heyranlıq, təəccüb, ürək
ağrısı ilə seyr etdiyi əhliləşdirilməmiş həyat tərzi, antik Roma qalıqları,
müharibə meydanlarındakı mübarizə səhnələri ona çox şey öyrətsə də, heç birinə
qarşı onda ayrılmaz məhəbbət yoxdur. Yaşının az olmasına baxmayaraq, bu
"harasa, kiməsə bağlı olmamaq” duyğusunun onu sürətlə qocaltdığını hiss edir.
Çald Haroldun Bayronun digər qəhrəmanlarından əsas üstünlüyü ondadır ki,
qəhrəman daxili dünyasında və həyatındakı əskiklikləri dəqiq bilir. Həyata daha
mənalı yollarla davam etmək üçün yeni yaradıcı bir üslub tapmalı olduğunu
bilir. Yeniyetməlikdən yetkinliyə doğru şüurlu, zamanın və təcrübələrin fərqinə
vararaq irəliləmək yorğun, həyata bağlılığı zəiffləmiş baş qəhrəmanı məqsədə
daha sürətlə yaxınlaşdırır. Belə ki, üçüncü və dördüncü kantolarda hər şeydən
gileylənən qəhrəmandan çox, həyatla barışmış, növbəti sınaqlara hazır bir Çald
Harold, Bayron prototipi görürük.
Mənbə: "enotes.com”-da Tnan Munozun elmi işinin mətnindən hissələr
İngilis dilinən tərcümə edən: Elcan Salmanqızı