• çərşənbə, 24 Aprel, 06:49
  • Baku Bakı 13°C

Mübariz Mənsimov: “Əhalinin 3 milyonu “Xəzər Lənkəran”ı dəstəkləyir”

26.11.13 16:41 1320
Mübariz Mənsimov: “Əhalinin 3 milyonu “Xəzər Lənkəran”ı dəstəkləyir”
“Qalatasaray”lılar inciməsin, məncə, Türkiyənin yeganə xalq komandası “Beşiktaş”dır”. Lent.az-ın məlumatına görə, bunu “Milliyet” qəzetinə müsahibəsində “Palmali” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri, azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib.
Keçmiş idmançı olduğunu bildirən Mənsimov idmanda xuliqanlığı dəstəkləmədiyini söyləyib. O bildirib ki, Azərbaycanda yaratdığı “Xəzər Lənkəran” klubu barədə də danışıb. Fəxri prezident bildirib ki, klubunu ölkəmizin 9 milyonluq əhalisinin 3 milyonu dəstəkləyir: “İdmanda xuliqanlıq, söyüş olmamalıdır, yetər! Mənim Azərbaycanda klubum var. 9 milyon azərbaycanlıdan 3 milyonu bu komandanı dəstəkləyir. Ağızlarından bir kəlmə də söyüş çıxmaz. Artıq futboldan söyüşləri qaldırmaq lazımdır. Futbolçunun anası da, bacısı da bizim anamız, bacımızdır”.
banner

Oxşar Xəbərlər