• şənbə, 20 Aprel, 01:41
  • Baku Bakı 15°C

MTRŞ sədri: "Efirdə şivə, ləhcə ilə danışmaq narahatedicidir"

15.08.17 18:44 765
MTRŞ sədri: "Efirdə şivə, ləhcə ilə danışmaq narahatedicidir"

"Mən televiziya aparıcılarının sürətli danışığını qəbul etmirəm. Bəzən aparıcılar o qədər sürətlə danışırlar ki, onların dediklərinin mahiyyətini başa düşmək olmur".
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
MTRŞ sədri bildirib ki, efirdə Azərbaycan ədəbi dilinin saflığı qorunmalıdır: "Müasir dövrdə böyük dövlətlərin dilləri milli dilimizin üzərinə sanki hücuma keçib. Buna qarşı mübarizə aparmaq çətindir, lakin biz mümkün olanı etməliyik".
N. Məhərrəmli qeyd edib ki, narahatedici məqamlardan biri də efirdə şivə, ləhcə ilə danışmaqdır.

banner

Oxşar Xəbərlər