• cümə axşamı, 28 mart, 18:48
  • Baku Bakı 13°C

MTRŞ ilə Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası əməkdaşlıq edəcək

19.10.17 14:00 1718
MTRŞ ilə Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası əməkdaşlıq edəcək
Bu gün Milli Televiziya və Radio Şurasında Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurasının üzvləri Artur Kozma və Kristina Duka ilə görüş keçirilib.
APA-nın məlumatına görə, görüşdə Moldovanın Azərbaycanda yeni təyin olunmuş səfiri George Leuka iştirak edib.MTRŞ sədri Nuşirəvan Məhərrəmli Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası və MTRŞ arasında səmərəli əməkdaşlıq qurulduğunu bildirib: "Belə qərara gəldik ki, ikitərəfli əməkdaşlığı daha da genişləndirək və protokol imzalayaq. MTRŞ və Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası eyni funksiyaları həyata keçirir. Ona görə də əməkdaşlığın geniş potensialı var. Artıq protokol hazırdır və biz protokolu imzalamağa hazırıq".
Artur Kozma qurumlara arasında ikitərəfli əməkdaşlıqla bağlı protokol imzalanmasına şad olduqlarını söyləyib: "Bizə yaxın ölkə olan Azərbaycanın bu qurumu ilə əməkdaşlıqla bağlı protokol imzalanmasını yüksək dəyərləndiririk. Bu, gələcək əməkdaşlığımıza daha yaxşı zəmin yaradacaq".
N. Məhərrəmli bildirib ki, müasir dünyada rəqəmsal texnologiya yüksək inkişaf edib: "Biz rəqəmsal texnologiyanın inkişafı ilə ayaqlaşa bilməsək, telekanallarımız üçün çətin olacaq. Bunun üçün müxtəlif ölkələrin təcrübələri öyrənilməlidir. Bu protokolu imzalamaqla biz əməkdaşlıqda yeni mərhələyə keçəcəyik".
George Leuka Azərbaycan və Moldova arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı sahəsində atılan addımları dəstəklədiklərini vurğulayıb.
Daha sonra MTRŞı və Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası arasında əməkdaşlıq protokolu imzalanıb. Sənəd iki qurum arasında təcrübə mübadiləsinin aparılmasını, qarşılıqlı treninqlər və seminarların keçirilməsini nəzərdə tutur.
banner

Oxşar Xəbərlər