• şənbə, 20 Aprel, 06:30
  • Baku Bakı 14°C

MTN-in keçmiş şöbə rəisinin məhkəməsində mübahisə yaranıb

13.06.17 11:40 1591
MTN-in keçmiş şöbə rəisinin məhkəməsində mübahisə yaranıb
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmişMilli Təhlükəsizlik Nazirliyi(MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə şahid qismində "Zamin Bank” ASC-nin Nərimanov filialının müdiri olmuş Qubad Qubadov ifadə verib.
Şahid bildirib ki, 2012-ci ilin aprelin 7-də xaricdən göndərilən 900 min dolların 600 min dollarını Vidadi Əzizova verib. Sonradan Vidadi Əzizovun MTN əməkdaşları tərəfindən saxlanıldığını eşidib: "Həmin gün MTN-dən mənə zəng gəldi. Telefonda danışan tanımadığım şəxs özünü MTN əməkdaşı kimi təqdim etdi və bankda qalan məbləğdə pulu da MTN-ə gətirilməli olduğunmu dedi. Mən də həmin pulu MTN əməkdaşlarına verdim”.
Mirəziz Əsgərov bildirib ki, Vidadi Əzizovun barəsində həmin il MTN-də kifayət qədər materiallar toplanıb. Onun sözlərinə görə, Vidadi Əzizovun barəsində MTN-də 7 cinayət işi olub. Mirəziz Əsgərov Vidadi Əzizovun barəsində olan siqnal materialların işə əlavə edilməsini istəyib.
Hakim isə bu məsələyə münasibət bildirməyib.
Vidadi Əzizov isə ləğv edilmiş MTN-də cinayətkarların toplaşdığını deyib. Zərərçəkmişin çıxışına münasibət bildirən Mirəziz Əsgərov qeyd edib ki, MTN-də çalışanlar dövlətə xidmət ediblər: "İndi bizi mühakimə edirlər. Əslində onun özünü həbs etmək lazımdır. Mən o vaxtı səhv edərək Vidadi Əzizovu sərbəst buraxmışam. Hörmətli hakim, prokuror mənim səhvimi təkrarlamayın, Vidadi Əzizov cinayətkardır, onu həbs edin”.
Bu zaman prosesdə zərərçəkmişlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.
Hakim isə Mirəziz Əsgərova xəbərdarlıq edib.
Növbəti proses iyunun 23-də davam edəcək.
Qeyd edək ki, 2015-ci ildə milli təhlükəsizlik naziriEldar Mahmudovvəzifəsindən azad edilib. Bundan sonra nazirliyin bir sıra əməkdaşı barəsində cinayət işi başlanılıb.
banner

Oxşar Xəbərlər