• cümə axşamı, 28 mart, 14:15
  • Baku Bakı 16°C

MT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək

25.11.20 16:38 418
MT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşmüş şəxsləri müdafiə edəcək.
Bunu Trend-ə BMT QAK-dan bildiriblər.
Qeyd olunub ki, BMT QAK noyabrın 10-da Dağlıq Qarabağ regionunda döyüş əməliyyatlarına son qoyan atəşkəs razılaşmasını alqışlayır:
"Qaçqınlarla iş üzrə BMT agentliyi olaraq biz 1990-cı illərdən regionda məcburi köçkünlərə dəstək göstərilməsi ilə məşğuluq. Mandat üzrə öhdəliklərimizə uyğun olaraq bütün tərəflərlə məsləhətləşməklə biz münaqişə nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcəyik".
banner

Oxşar Xəbərlər