• cümə, 19 Aprel, 23:11
  • Baku Bakı 24°C

MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi

22.02.20 19:30 1072
MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 83 saylı Ağcəbədi-Füzuli seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 9 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. Həmin məntəqədə seçicilərin iradəsinə təsir edə biləcək hallar müəyyən edilib. O bildirib ki, 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
banner

Oxşar Xəbərlər