MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək
Milli Məclisin deputatı,
Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının İqtisadi, ticarət, texnologiya və ekologiya Komitəsinin
Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak
edəcək.
19-20 oktyabr 2017-ci il
tarixlərində gerçəkləşdiriləcək iclasda əsas müzakirə mövzusu QDİƏT-ə üzv
ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivləri olacaq.
İclasda həmçinin komitənin
Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənəcək, 50-ci iclasın
gündəliyi müəyyənləşdiriləcək, komitənin strukturu ilə bağlı məsələlərə
baxılacaq.