• çərşənbə axşamı, 19 mart, 09:52
  • Baku Bakı 8°C

Mourinyo “Tottenhem”də?

20.11.19 11:08 767
Mourinyo “Tottenhem”də?
Mauritsio Poçettinonu istefaya göndərən "Tottenhem” Joze Mourinyo ilə anlaşıb.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı "tvitter”də italyan jurnalist Tankredii Palmeri yazıb. Dünən Poçettinonun istefasından sonra bir sıra mətbuat orqanları "Tottenhem”in baş məşqçi postuna əsas namizədin Mourinyo olduğunu yazmışdı.
Hələ ki, nə klub rəhbərliyi, nə də portuqal mütəxəssis bu məlumatlara reaksiya verməyib. Mourinyonun sonuncu iş yeri "Mançester Yunayted” olub. O, bu klubdan 2018-ci ilin dekabrında istefaya göndərilib.
Ən son məlumata görə, "Tottenhem" Mourinyo ilə anlaşdığını rəsmən açıqlayıb.
banner

Oxşar Xəbərlər