• cümə, 19 Aprel, 18:00
  • Baku Bakı 24°C

Mourinyo kimlərə söz atdı?

08.11.19 14:45 973
Mourinyo kimlərə söz atdı?
Portuqal mütəxəssis Joze Mourinyo mətbuata verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Kaspi.az xəbər verir ki, Mourinyo müasir futbolda bəzi komandaların oyun zamanı topa daha çox sahib olmasına çalışdığını bildirib. O, ad çəkməsə də, bu açıqlaması ilə kimlərəsə mesaj göndərib:
"Çoxları belə hesab edir ki, əgər komanda topa daha çox sahib olursa, deməli, meydanda dominantlıq edir. Amma baxır, bu məsələyə hansı tərəfdən yanaşırsan. Komanda, oyuna topsuz da nəzarət edə bilər.
Hesab edirəm ki, belə stil bəzi məşqçilər üçün piar aparmaq və imic formalaşdırmaq üçün lazımdır. Futbolda o komandalar qalib gəlir ki, onlar daha çox qol vurular. Mənim üçün futbolun əsası budur”.
banner

Oxşar Xəbərlər