• cümə, 19 Aprel, 22:32
  • Baku Bakı 24°C

Mourinyo “Arsenal”ın direktoru ilə görüşdü

04.11.19 15:00 915
Mourinyo “Arsenal”ın direktoru ilə görüşdü
Joze Mourinyo yenidən Premyer Liqada işləyə bilər.
Kaspi.az xəbər verir ki, Mourinyo "Arsenal”ın direktoru Raul Sanllehi ilə görüşüb. Görüşdə "arsenal”ın hazırkı heyəti və komandanın durumu ilə bağlı müzakirələr aparılıb.
Məlumata görə, "Arsenal”ın direktoru görüşdən razı qalıb. Mourinyonun komnda ilə bağlı fikirləri onu təəccübləndirib.
İngiltərə mətbuatı iddia edir ki, "Arsenal” rəhbərliyi Unai Emerinin işindən razı deyil. Onun yaxın vaxtlarda istefaya göndəriləcəyi gözlənilir.
"Arsenal” 1 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər