Moskvada yüksək vəzifəli səfirlik işçisinin meyiti tapılıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avqustun 14-də Bolşaya Polyanka küçəsində yerləşən oteldə kişi meyiti aşkarlandığı haqda polisə məlumat daxil olub.
Hadisə yerinə yollanan polis əməkdaşları ölən şəxsin Oman səfirliyinin birinci katibi Müxənnəd Əli Hilal Əl-Əbri olduğunu müəyyənləşdiriblər. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Fakt üzrə araşdırma aparılır.