Moskvada Şaxta babanın ad günü qeyd olunacaq

Moskvada Şaxta babanın ad günü qeyd olunacaq

Təfsilat
16 Noyabr 2019, 18:41 1290
Noyabrın 16-17-də Moskvada Şaxta babanın ad günü keçiriləcək.
Trend-in məlumatına görə, mərasim "Kuzminki-Lyublino” muzey-qoruğunda, Şaxta babanın iqamətgahında keçiriləcək.
Bayram tədbirlərində müxtəlif nağıl personajları iştirak edəcək.
Qeyd edək ki, "Kuzminki-Lyublino” muzey-qoruğunda Şaxta babanın iqatmətgahı 2006-cı ildə açılıb. Burada 4 Şaxta baba, 6 Qar qızı, 37 qar adamı və digər personajlar işləyir.