Moskvada “Liverpul”luları da təhqir etdilər
Çempionlar Liqasının qrupunda keçirilən "Spartak” - "Liverpul”
qarşılaşmasında insident yaşanıb.
Kaspi.az xəbər verir ki, "Liverpul”un futbolçuları rus azarkeşlərin
rasist hərəkətlərinə tuş gəliblər. Xüsusən də Sadio Mane ilə Daniela Starric
azarkeşlər tərəfindən təhqir olunublar.
Top onlarda olarkən "Spartak” azarkeşləri meymun səsi çıxarıblar.
"Liverpul”un futbolçusu Filippe Koutinyo hesabı bərabərləşdirərkən, Mane jestlə
azarkeşlərə müraciət edərək, təhqirləri dayandırmağı tələb edib.