• cümə, 29 Mart, 00:31
  • Baku Bakı 7°C

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə AMOR-un II Universiadasına start verilib

09.05.17 09:10 1287
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə AMOR-un II Universiadasına start verilib
Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə AMOR-un II Universiadasına start verilib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya ali məktəbləri arasında ən nüfuzlu tələbə idman yarışlarından biri olan Universiadanın proqramına stritbol, voleybol, marafon, stolüstü tennis daxildir. İdman yarışları ənənəvi olaraq mayın 13-də Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri ilə başa çatacaq.
Təntənəli açılış mərasiminə toplaşanları AMOR sədri Leyla Əliyevanın adından təşkilatın idarə heyətinin üzvü Emin Hacıyev salamlayıb. O, iştirakçıları irimiqyaslı sağlamlıq, idman və gözəllik bayramı münasibətilə təbrik edib. E. Hacıyev son 5 ildə Azərbaycanın "Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, "Formula-1” kimi mötəbər yarışlara ev sahibliyi etdiyini bildirib: "Bütün bunlar Azərbaycanı regional idman və mədəniyyət mərkəzinə çevirib, onu dünyanın hər yerindən turistlər üçün daha da cəlbedici edib. Əminəm ki, İslamiada-2017” də ölkəmiz üçün böyük uğur gətirəcək".
Sonra stritbol və voleybol üzrə yarışlar keçirilib. Stritbol yarışlarında Rusiya Dövlət İdarəçilik Universitetinin və Moskva Şəhər Pedaqoji Universitetinin komandaları müvafiq olaraq I və II yerə, Rusiya Xalqlar Dostluğu Universitetinin stritbolçuları isə III yerə çıxıblar. Moskva Şəhər Pedaqoji Universitetinin tələbəsi Vladislav Kamalov ən yaxşı oyunçu hesab edilib.
Qadın voleybolunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin komandası I yeri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri II yeri, Rusiya Federasiyası Hökuməti yanında G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin qarışıq komandası III yeri tutub. Aynur Quliyeva (MDU) və Səbinə Kazımova (Moskva Şəhər Pedaqoji Universiteti) ən yaxşı oyunçu adına layiq görülüblər.
Kişilər arasında keçirilən yarışın qalibi isə Rusiya Dövlət İdarəçilik Universitetinin komandası olub. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin və Moskva Şəhər Pedaqoji Universitetinin komandaları II və III yerləri bölüşüblər.
Qeyd edək ki, AMOR-un II Universiadasında Rusiyanın ali məktəblərindən 500-dən çox tələbə yarışlarda birincilik uğrunda mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər