Moskvada koronavirusdan daha 59 nəfər ölüb
Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı1 993nəfərə çatıb.
"Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizəyə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.
Pandemiya ərzində Rusiyada koronavirusdan ümumilikdə3 500nəfər ölüb. Ölkədə COVID-19-a336 minyoluxma qeydə alınıb, virusa yoluxmuş 108 minə yaxın insan sağalıb.