• cümə, 29 Mart, 02:55
  • Baku Bakı 7°C

Moskvada əməliyyat: tutulanlar arasında azərbaycanlı da var

26.08.13 11:51 1319
Moskvada əməliyyat: tutulanlar arasında azərbaycanlı da var
Moskvanın Altay küçəsində yerləşən restoranda keçirilmiş xüsusi əməliyyat zamanı 54 nəfər həbs olunub. APA-nın məlumatına görə, həbs olunanlar Şimali Qafqaz respublikaları, Azərbaycan, Tacikistan, Gürcüstan, Türkiyə, İran və Ermənistan vətəndaşlarıdır. Əməliyyat avqustun 23-də keçirilib, restorandan və binanın qarşısında park edilmiş maşınlardan iki “Sayqa“ ov karabini və travmatik tapança aşkarlanıb. Saxlanan şəxslərin barmaq izləri götürülüb.
Hazırda polis silahların qanuni yolla əldə edilib-edilmədiyini, həmçinin saxlanan şəxslərin cinayətlərdə iştirak ehtimalını araşdırır. Xüsusi əməliyyatın səbəbləri barədə məlumat verilmir
banner

Oxşar Xəbərlər