• çərşənbə, 24 Aprel, 06:55
  • Baku Bakı 13°C

Moskvada Beynəlxalq Şahmat Federasiyasının ofisi açılacaq

30.06.20 10:30 724
Moskvada Beynəlxalq Şahmat Federasiyasının ofisi açılacaq
Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ofisi açılacaq. Ofisdə Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri həyata keçiriləcək.
AZƏRTACxəbər verir ki, FIDE-nin prezidenti Arkadi Dvorkoviç bu barədə TASS informasiya agentliyinə müsahibəsində bildirib. O, mövzu ilə bağlı uzun müddət müzakirələrin getdiyini deyib. "Ümid edirəm ki, FIDE-nin Moskva ofisi tezliklə fəaliyyətə başlayacaq və orada Şahmat Olimpiadasına hazırlıq yüksək səviyyədə həyata keçiriləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, FIDE-nin mənzil-qərargahı İsveçrənin Lozanna şəhərində yerləşir.
Xatırladaq ki, Şahmat Olimpiadası 2021-ci ildə Rusiyanın Moskva və Xantı-Mansiysk şəhərlərində keçiriləcək.
banner

Oxşar Xəbərlər