• cümə, 29 Mart, 18:40
  • Baku Bakı 14°C

Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib

28.05.16 10:15 1300
Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib
Rusiya paytaxtında 28 May-Azərbaycanın Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə Moskvanın "Avropa" sarayında keçirilən qəbulda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Azərbaycan baş nazirinin birinci müaviniYaqub Eyyubov, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, tanınmış rusiyalı siyasətçi, Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski, xarici ölkələrin səfirləri və hər iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günün Azərbaycanın tarixində önəmli hadisə olduğunu bildirib: "28 may Azərbaycan Respublikasının yaradılmasının 98-ci ildönümüdür. Əlbəttə ki, öz müstəqilliyini yenidən qazanan Azərbaycan xalqı bu tarixə çox həssas yanaşır. Çünki 1918-ci ilin mayın 28-də Azərbaycanın müstəqilliyi haqqında deklarasiya qəbul olunub. Azərbaycan Demokratik Respublikası Şərqdə yaranan ilk demokratik dövlət idi. ADR-in parlamentində Azərbaycanın ərazisində mövcud olan bütün siyasi partiyalar və xalqların nümayəndələri təmsil olunurdular. Şərqdə, o cümlədən bəzi Qərb ölkələrindən də qabaq Azərbaycanda qadınlara seçki hüququ verilmişdi. Bu demokratik respublikanın yaradıcılarının ideyalarını bu gün müstəqil Azərbaycanda uğurla həyata keçirirlər".

Diplomat çıxışında bu gün regionda sabitliyə və sülhə ən böyük təhlükə olan Dağlıq Qarabağ münaqişəsindən də danışıb: "Bu gün Cənubi Qafqazda sabitliyə və sülhə təhlükə yaradan əsas faktor Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılmasının davam etdirilməsidir. Azərbaycan bu münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ona görə də biz dünya ictimaiyyətinin üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi və ərazilərinin işğaldan azad olunması barədə prinsipial mövqeyinə ümid bəsləyirik. Burada sözsüz ki, əsas rollardan biri Rusiyaya məxsusdur. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz.

Daha sonra Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin çıxış edib. Rusiya-Azərbaycan münasibətlərindən danışan nazir müavini qeyd edib ki, iki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır: "Rusiya və Azərbaycanı bir-birinə çoxəsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyət, mehriban qonşuluq, bərabər hüquqluq prinsipləri əsasında olan strateji münasibətlər bağlayır. İki ölkə arasındakı əməkdaşlığın keyfiyyəti və miqyası ildən ilə artır".

Nazir müavini Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin yüksək templə inkişaf etdiyini vurğulayıb: "Dövlət başçılarımızVladimir Putinvəİlham Əliyevarasındakı inamlı münasibətlər də iki ölkə arasındakı əlaqələrə öz tövhəsini verib və verməkdə davam edir. Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı xalqlarımızın köklü maraqlarının həyata keçirilməsinə, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə kömək edəcək və Cənubi Qafqazda sülhə və qarşılıqlı anlaşmaya birgə töhfə verəcək".

Q. Karasin çıxışının sonunda Azərbaycan xalqını 28 May-Respublika Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib.
banner

Oxşar Xəbərlər