• cümə, 29 Mart, 14:11
  • Baku Bakı 14°C

Moskvada 100-dən çox insanı zəhərləyərək öldürməkdə təqsirləndirilən erməni taksi sürücüsünün atası da eyni cinayətdə ittiham olunur

19.10.17 15:45 2470
Moskvada 100-dən çox insanı zəhərləyərək öldürməkdə təqsirləndirilən erməni taksi sürücüsünün atası da eyni cinayətdə ittiham olunur
Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan daha bir taksi sürücüsü saxlanılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, saxlanılan taksi sürücüsü dünən barəsində həbs qətimkan tədbiri seçilən taksi sürücüsü erməni Vaaqn Karapetyanın atasıdır.
Ata Karapetyan da analoji cinayət hadisəsinə görə saxlanılıb. Belə ki, o da müştərilərinə zəhərli su verərək onları qarət etməkdə şübhəli bilinir.
Rusiya Daxili İşlər Nazirliyi Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən 53 yaşlı ata Karapetyanın saxlanılması faktını təsdiq ediblər.
Polislər müəyyən ediblər ki, Moskva sakini gecə yaşadığı ünvana getmək üçün taksiyə əyləşib, yolda su içmək istəyib. Bu zaman taksi sürücüsü ona su təklif edib. Zərərçəkən sudan içəndən sonra halı pisləşib. O, huşunu itirib. Zərərçəkən gözlərini açanda artıq evində olub. O, mobil telefonunun itirdiyini anlayıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polislər 53 yaşlı Karapetyanı yaxalayıblar. Onun yaşadığı evdən 20 mobil telefon, 190-dan çox antipsixotrop həb, 98 qol saatı aşkarlayıblar.
Qeyd edək ki, dünən Moskvanın Ostankino Məhkəməsi 29 yaşlı Vaaqn Karapetyanı analoji cinayətdə təqsirli bilərək barəsində həbs-qətiimkan tədbiri seçib. Oğul Karapetyan 100-dən çox müştərisini zəhərləyərək öldürməkdə və soyğunçuluqda günahlandırılır.
Vaaqn Karapetyan artıq günahını etiraf edib.
banner

Oxşar Xəbərlər