• cümə axşamı, 28 mart, 21:32
  • Baku Bakı 13°C

Moskva polisi əməliyyat keçirdi, 1000-dən çox miqrant saxlanıldı

14.10.13 12:51 2200
Moskva polisi əməliyyat keçirdi, 1000-dən çox miqrant saxlanıldı
APA-nın Moskva müxbiri xəbər verir ki, əməliyyat zamanı xüsusi təyinatlı polis dəstələri 1000 nəfərdən çox miqrantı saxlayıb.
Polisin keçirdiyi reyd nəticəsində içərisində milyonlarla rubl pul və müxtəlif tipli odlu və soyuq silah – 3 ədəd travmatik tapança, iki bıçaq və beysbol zopası olan avtomobil aşkar olunub.
Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı naməlum şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və meyvə-tərəvəz bazarına hücum ediblər. “Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüblər. Hadisə yerinə xüsusi-təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. Rus millətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Rusiya hüquq-mühafizə orqanları qətli törədən şəxsin tapılması istiqamətində geniş miqyaslı əməliyyat tədbirləri həyata keçirir. Bu səbəbdən paytaxtın bütün ticarət bazalarında kompleks yoxlamalara başlanılıb.
banner

Oxşar Xəbərlər