• cümə, 29 Mart, 14:45
  • Baku Bakı 14°C

“Moody’s” Azərbaycan iqtisadiyyatının bərpasının şərtlərini açıqlayıb

25.05.17 13:10 1270
“Moody’s” Azərbaycan iqtisadiyyatının bərpasının şərtlərini açıqlayıb
Neftin bahalaşması Azərbaycan iqtisadiyyatının bərpasını sürətləndirəcək. "APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən "Moody`s Annual Azerbaijan Summit” adlı tədbirdə "Moody’s” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Pyotr Paklin bildirib.
"Bizim hesablamalarımıza əsasən, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1% geriləyəcək, 2018-ci ildə isə ÜDM 1,8% artacaq. Neftin 1 barelinin qiyməti 50 dollardan çox olduğu halda Azərbaycan hökuməti sərt iqtisadi rejimdən imtina edə və dövlət investisiya qoyuluşunu artıra bilər. Bu isə iqtisadiyyatın bərpasını sürətləndirəcək”, - deyə P.Paklin qeyd edib.
Bununla yanaşı, vitse-prezident əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası iqtisadiyyatın bərpasını zəiflədə bilər. "Bank sektorunda manat likvidliyi çatışmazlığı mövcuddur. Bu isə kreditləşməni məhdudlaşdırır. Belə ki, dollarla kreditləşməyə maraq olduqca aşağı səviyyədədir”, - deyə o bildirib.
Analitikin sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı manatın devalvasiyasını gecikdirib: "Azərbaycanın qonşuları və əsas ticarət tərəfdaşları devalvasiyanı daha tez, yəni vaxtında edib. 2016-cı ilin payızında isə Azərbaycan monetar siyasəti sərtləşdirib. Başqa sözlə, monetar siyasətin sərtləşdirilməsi devalvasiyadan təxminən 1 il sonra baş tutub. Bu addım da gecikmiş hesab olunur”.
banner

Oxşar Xəbərlər