• cümə axşamı, 28 mart, 14:24
  • Baku Bakı 16°C

Monteneqrolu səfir İqtisadiyyat və Sənaye Nazirliyində olub

30.03.15 14:58 1088
Monteneqrolu səfir İqtisadiyyat və Sənaye Nazirliyində olub
Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan və Monteneqro hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Monteneqronun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliçi qəbul edib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, nazir Ş.Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında Birgə Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Azərbaycan və Monteneqro iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, humanitar və s. sahələrdə əməkdaşlıq edə, ticarət əlaqələrini daha da genişləndirə bilərlər.
Nazir Ş.Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.
Monteneqronun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç səmimi qəbul üçün minnətdarlığını bildirib, səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan səfir Branko Miliç iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə, eləcə də Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr aparılıb.
Kaspi.az
banner

Oxşar Xəbərlər