• cümə axşamı, 28 mart, 14:07
  • Baku Bakı 16°C

Moldovada Bakının istisinə qızınan səfir

04.11.17 13:30 3502
Moldovada Bakının istisinə qızınan səfir
Ömür yolunadoğulub-böyüdüyü kənddə,özünün təbirincə desək, "məktəb görməmiş" nur üzlü Ananın on uşağından beşincisi olaraq başlayan,əkin əkib, yer belləyən, o günlərdən bu günlərə diplomatik arenada brendə çevrilən və hələ dəköklərindənqopmayanbir dövlət adamıdır,müsahibim.Uzaq Moldovada Bakının istisinə qızınan, köksündə "Azərbaycan dövlətinin dostu” ordenini gəzdirib, qatıldığı hər mərasimdə bayraqlarımızı öz ölkəsinin bayrağı ilə yanaşı dalğalandıran Türkiyə Respublikasının ölkəmizdəki keçmiş, Moldovadakıindikisəfiri, Azərbaycan Respublikasının "Dostluq” ordeni ilə təltif olunmuş Hulusi bəyKılıçdır:
-Azərbaycana xoş gəlmisiniz. Vətəninizə...
-"Vətəninizəxoş gəlmisiniz” deməkdaha gözəlolardı.Çünki mən vətənimdə hiss edirəm özümü.
-Elədir. Siz bizdən dahaçoxazərbaycanlısınız.Bunu uzaq Moldovadan belə hiss eləmək olar.Cənab səfir, bu sizin Bakıya neçənci gəlişinizdir?
-Azərbaycandan heç vaxt qopmamışam. Burda dörd il yarımdan çox diplomatik fəaliyyətim olub.Təbii ki, Azərbaycan,Bakı bizim üçün çox önəmlidir. Gözəl xatirələrim var,dəyərli dostlarım var,bütün küçələrinitanıyıram. Mənim üçünbu torpaqlar vətəndir,özünüvətəndə hiss eləmək də gözəl duyğudur.Artıq bir il bir aydır ki,Moldovada Türkiyənin səfiriyəm. Məncənab prezident İlham Əliyevəbir söz verdim. "Harada olmağımdan asılı olmayaraq,ömrüm boyuAzərbaycanın elçisi olacağam” dedim.Cənab prezident məni"Dostluq”ordeniilə təltif edib.Bilirsinizmi, səfirliyim dövrünə qədər vəondan sonrakı dövrlərdə dəbuordenə layiq görülən tək səfirəm.Bu orden həmmənə verilən dəyərin göstəricisi,həm dəburdagördüyüm işlərindiplomudur.Özümüçox azərbaycanlıdan daha artıq azərbaycanlı hiss edirəm.Həmişəsəmimi olmuşam, çünki xalqın içindən gəlmişəm.Ömür yolumxarakterimi zənginləşdirib. İşdən, işləməkdən qorxmamışam, "iş məndən qorxsun” deyib, bütün çətinliklərin üstünə getmişəm. Ona görə də bu məqamda olmaqdan məmnunam.
-Biz də sizi növbəti dəfə burada görməkdən məmnunuq. Cənab səfir, Azərbaycanı bu qədər özəl qılan nədir,sizin üçün?
-Millətimin aşiqiyəm.Azərbaycanda anamıntürkcəsini eşidirəm.Bu, mənə uşaqlığımı xatırladır. Biz bir millətin üzvüyük. O türkcənianam mənə kənddəöyrətmişdi, Azərbaycan türkcəsi ilə doğulub böyümüşəm. Bu,o deməkdir ki, oradakı insanlarımızla burdakı insanlarımızın soyu-kökü eynidir.İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərin türkcəsifərqli ola bilər,amma Anadoluda məhz Azərbaycan türkcəsi danışılır.
- Belə demək mümkünsə, diplomatik və siyasi arenada bir brend olan Hulusi Kılıç əslində bir kənd uşağıdır, eləmi?
- Bəli,hamı bilsin,mən bununla fəxr edirəm.
- Ailədə neçə övlad olubsunuz?
- Beş oğlan, beş bacıyıq.
- Siz neçəncisisiniz?
- Beşinciyəm.
- Sizdən başqa siyasətdə təmsil olunanlar varmı?
- Sadəcə, mən.
- O kənd sizə nələr verib?
- O kənddənmənə dürüstlük qalıb, yardımlaşma, verdiyin sözü tutma,birlik, sevgi, mehribanlıq, dostluq, səmimiyyət, saflıq, sadəlik qalıb.
- Bəs siyasət?
- Mən siyasətçi deyiləm, dövlət məmuruyam,dövlətin işini görürəm.Əslindəbizim işimiz də bir növsiyasətə xidmət etməkdir.
- Bir dövlətin elçisi olmağın yüküağır deyilmi?
- Çox ağırdır. Qardaşölkədə o yük ikiqatağırlaşır. Mən həm Azərbaycanın, həm də Türkiyənin böyük elçisiyəm.Ağır məsuliyyətdir. Yükün ikiyə qatlanır.Bilirsinizmi, məndə işçi ruhu var. İşimi sevən, elədiyimə toxunan bir insanam.Mən o vaxtlar indiki prezident, o vaxt baş nazir olanTayyib bəyin yanında işləyirdim. İstədiyim yerə,həttaAmerikaya, Avropayabelə səfirtəyin oluna bilərdim.Ammaniyyətim bu qədər enerjini, bu qədər istəyi konkret, görünən bir işə çevirmək idi. Moldovada qaqauz türkləri var, yəqin sosial şəbəkələrdən görübsünüz,onlaraçox dəstək verirəm. Onların Türkiyə ilə bağlarının daha da güclənməsinəçalışıram,türk dünyasınaaid olduqlarını hiss etdirməyə cəhd göstərirəm. Bu,çox mühüm məsələdir.
- Cənab səfir, Azərbaycanı, qaqauzları başa düşdüm, türkün gözü hər yerdətürk axtarar.Yaxşı bilirikki,Azərbaycan sizin üçün eləcə də digərTürkiyə səfirləri,diplomatlarıüçünhəm də buna görə doğmadır, əzizdir. Bəs moldovanlarla sizinə bağlayır?
- Moldova ilə bizim tarixi bir keçmişimiz var.
- Emosional bir bağlılıqdan bəhs edirəm.
- Hər şeydən əvvəl dostdur. Ondan sizə heç vaxt pislik gəlməz, həmişə yaxşılıq, dostluq gözləyəcəyiniz, rifahını istədiyiniz bir ölkədir. Həm də orda dediyim kimi, qaqauz türkləri var.
- Və siz onlara tam dəstək verirsiniz...
- Bəli. Mən sizi dəvət edirəm, bir gün gəlib gözünüzlə görün.Çox deyil, elə on günbundanəvvəlGənclik Mərkəzinin təməlini atdıq. Bu proyekt mənim xahişimlə Ankara Altındağ qəsəbəsinin meri, dostum cənab Veysəl Tiryaki tərəfindən həyata keçirilmişdir.
- Siz Azərbaycanda daşəxsi işlərinizlə yadda qalıbsınız...
- Nuru Paşa abidəsi, Atatürk parkı, Şamaxıdakı şəhidliyin bərpa edilməsi... Bu misalların sayı çoxdur.
- Qəribədir, diplomatik korpusların nümayəndələri adətən sadə xalqla aralarına bir divar çəkirlər. Mən bilmirəm, bu, onların vəzifələrindənmi irəli gəlir, ya yox, ammabütün diplomatlar,siyasətçilər,eləcə dədövlətadamları vətəndaş üçün çalışır,vətəndaşınisəəli ona çatmır.Sizə görə bunun birsəbəbi varmı?
- Bunun doğru olmadığına inanıram.Vəzifəsinin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq,məmurun işi vətəndaşa xidmət etməkdir. Bu, onun öncəliyi və öhdəliyidir.Vətəndaş da dövləti təşkil edir.Əgər belə bir hal varsakökündənyanlışdır. Fəaliyyətim dövründə Bakıda, eləcə dəhazırdaMoldovada vətəndaşla iç-içəolmaq, daha yaxın olmaq üçünxüsusi günlər təşkil edirəm,"dönər”günü, "kuru fasülyə” günü və s."Kuru fasülyə” milli bir yeməkdir, hazırlanması sadədir. Amma əsil məsələ dostluqdur.Belə günlər sayəsində oradayaşayan vətəndaşlarımız qaynayıb-qarışır, biri-birini tanıyır.Bunun adı xalq diplomatiyasıdır.Mən2000-2005-ci illərdəHələbdə baş konsulolanda belə birtəlimat vermişdim,vətəndaşlarıhəmişəyaxşı qarşılayın,gələndə bir çay ismarlayın,pulunu daməndən alın. Bunun nəticəsidir ki,Bakıdagördüyümsayğını günü bu gün də Hələbdəngörürəm. Mənim eşqim, sevdambir günlük deyil. İnsan sevgim çox fərqlidir.Vətəndaşını xor görən bir məmurun bəhanəsi olmamalıdır. Kim istəyirsə mənimlə əlaqə saxlaya, görüşə, danışa,həttadərdləşə bilər.Azərbaycandan və ya Türkiyədənmənəişi düşənlərin sayı o qədər çoxdurki.Əlimdən gələn qədər hamıya kömək edirəm. Bu mənəm, Hulusi Kılıç. Mən özümə məsulam, verdiyim sözlərin köləsiyəm.
- Hulusi bəy, yaş kamala ərdimi?
- (gülür)Kamil bir yaşdayam amma özümü yaşlı hesab etmirəm.Bu yaxında Moldovadaqızımla birlikdəmarafona qoşuldum.
- Yeri gəlmişkən, çox gözəl bir qızınız var...
- Qəlbi də gözəldir. O marafonda ikinci oldum, amma bir az məşq etsəydim, birinci də ola bilərdim.
- Bu enerjini haradan alırsınız?
- Həyata baxışımdan. Pozitiv düşünməyimdən. Özümə verdiyim dəyərdən, dostların dəstəyindən. Mənə yazılan hər gözəl söz enerjidir, gücdür, dəyərdir.
- Necə çatdırırsınız?
- Hərdən çətinlik çəkirəm. İnanın, salam-sağ ol yazanlar var, onlardan inciyirəm. Mənim buna vaxtım yoxdur. Belə halda iş vaxtını uzadırıq. Başqası səkkiz saat işləyir, mən on səkkiz saat.
- Sizidünyaya gətirən xanımıdüşünürəm...
- Nur üzlü bir anam vardı. Məktəb görməmiş, məsum, kənddə yaşayan bir mələk. Bilirsinizmi, tarlada çalışaraq on uşağı dünyaya gətirib böyütmək qəhrəmanlıqdır. İndiki həyata baxanda xanımların yüküanama görəçox azdır. Bəlkə də başqaları keçmişindən utanardı, mənisə heçvaxtgəldiyim yeri inkar eləməmişəm, əksinəbununlafəxr eləmişəm.
- Heç tarlada işləyibsinizmi?
-Əlbəttə. Əkin biçdim, kotan sürdüm, bağçada işlədim. Hətta fəhləlik elədim. Görmədiyim iş qalmadı. O günləri heç vaxt unutmaram. Keçmişi unutmaq olmaz. Vəzifələrhamısı keçicidir. Bakıya artıq neçənci gəlişimdir bilmirəm amma hər dəfə gələndə sevgi görürəm. İnsanlarmənim üçünçox dəyərlidir. Bir addım gələnə qarşı iki addım gedirəm. Baxın, indi burda səfir deyiləm, burda Türkiyənin çox sevdiyim, dəyərli bir səfiri var. Amma səfir olduğum vaxtlardakından daha artıq sevgi ilə qarşılaşıram.
- Moldovadakı səfirlik dönəmibitdikdən sonrakı planlarınız haqqında necə, düşünməyə vaxtınız oldumu?
- Gələcək göstərər.Enerjimi dövlətimə,millətimə,insanlarasərfetmək istəyirəm.
- Xatirələriniz maraqlıdır...
- O qədər çoxdur ki, heç bilmirəm hansından danışım.Birinidanışsam, digərlərinə xəyanət edərəm.
- Deyirsiniz ki, Azərbaycana tez-tez gəlirsiniz.Gəlişləriniz arasında fərqlər olurmu?
- Əlbəttə.Azərbaycan sürətlə inkişaf edir. Yeni yollar,dünya standartlarındayeni aeroport, yeni tikililər insanın ürəyini açır.
- Türkün Türkdən başqa dostu varmı?
- Mənə görə yoxdur. Biz bizə yetərik, başqa dostanə ehtiyac?Beş yüz milyon türk var dünyada.
- Burdan üzünüzü Türkiyəyə tutub,Azərbaycanhaqqında nə demək istəyərdiniz?
- Azərbaycan bizim dost və qardaş ölkəmizdir, əlaqələr daha da sıxlaşmalıdır. Türkiyədə Azərbaycanı görməyən varsa, buyurub gəlsin. Qardaşlığımızı görsünlər, burdakı insanların özlərindən bir parça olduğunu görsünlər, bu coğrafiyada yaşayan insanların türk olduğunu görsünlər. Onlar kimi danışdıqlarını, heç bir fərq olmadığını, zarafatlarımızın,lətifələrimizineyni olduğunu görsünlər.
- Səmimi söhbət üçün təşəkkür edirəm. Oxucularımıza sözünüz, tövsiyəniznədir?
- Türk dünyasının gələcəyi çox parlaqdır. Hər kəs türk dünyasına inanmalı, özünü, əslini, bilməlidir. Türk olmaq mənə görə bir qürur vəsiləsidir. Tariximizböyük bir qaynaqdır,yaxşı öyrənsinlər. Oxuculara salam vəsayğılarımı göndərirəm.
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər