• çərşənbə, 24 Aprel, 04:28
  • Baku Bakı 14°C

Moldova mətbuatında Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib

21.11.17 09:40 3231
Moldova mətbuatında Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib
Moldovanın aparıcı xəbər portalı və böyük oxucu auditoriyasına malik olan Tribuna.md saytında "Separatizmin dövlətçiliyin və ölkələrin sabitliyinə təhlükəsi" adlı analitik məqalə dərc olunub.
APA-nın xəbərinə görə, məqalədə Moldovanın Effektiv Siyasət institutunun direktor müavini, tarix elmləri doktoru Ruslan ŞevçenkonunDağlıq QarabağiləDnestryanı münaqişələrinin oxşarlığı və müqayisəli analizi edilir.
950-dən çox məqalə və monoqrafiyaların müəllifi olan R.Şevçenko Ermənistan - Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin tarixi və siyasi səbəblərinə toxunub. O, həm Dağlıq Qarabağda, həm Dnestryanı vilayətdə XIX-XX əsrin əvvəllərində milli azlıqların nümayəndələrinin bu ərazilərə qəsdən köçürülməsi, xüsusən ermənilərin Dağlıq Qarabağa hansı şəraitdə və necə köçürülmələri barədə təkzibolunmaz faktlar gətirib. Müəllif həmçinin Dağlıq Qarabağda azərbaycanlılara qarşı erməni terrorunun faciəli nəticələrini statistik məlumatlarla göstərib.
R.Şevçenko Beynəlxalq qurumlar və təşkilatların çoxsaylı qətnamələrinə baxmayaraq, Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda quldur rejiminin, o cümlədən Dnestryanı vilayətində onun "analoqunun" hələ də davam etdiyindən bəhs edib. Sonda müəllif vurğulayıb ki, separatizm özündə nəhəng faciələr, o cümlədən böyük insan itkiləri, iqtisadiyyatın dağılması, xalqlar üçün silinməz mənəvi sarsıntılar ilə nəticələnir. Müəllifə qeyd edib ki, ölkələr və xalqlar arasında sülhü qorumaq naminə hər hansı dövlət separatizminə qarşı amansız mübarizə aparılmalıdır.
Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
banner

Oxşar Xəbərlər