• cümə, 29 Mart, 00:07
  • Baku Bakı 7°C

Moldova Dnestryanıda separatçılara qarşı döyüşən azərbaycanlını ordenlə təltif edib

24.01.17 15:45 981
Moldova Dnestryanıda separatçılara qarşı döyüşən azərbaycanlını ordenlə təltif edib
Moldova hökuməti Dnestryanı münaqişəsi zamanı rəsmi Kişinyov tərəfində döyüşən azərbaycanlı Qafur Süleymanovu ölümündən sonra dövlət ordeni ilə təltif edib.
APA-nın məlumatına görə, Q. Süleymanovun yaxınlarına dövlət ordenini Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka təqdim edib.
Q. Süleymanovun 1990-cı ildə Moldovan Daxili İşlər Nazirliyində çalışdığını deyən səfir onun 1992-cı ildə könüllü olaraq Moldova ordusu sıralarına qoşulduğunu bildirib. O, Q. Süleymanovun döyüşlərdə şücaət göstərdiyini deyərək onun ikidəfə əsir düşdüyünü qeyd edib:"Qafur Süleymanovun ordenlə təltif edilməsi əməkdaşlığımız və dostluğumuzun əyani sübutudur. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək".
Qeyd edək ki, Q. Süleymanov 2004-cü ildə Bakıda vəfat edib.
banner

Oxşar Xəbərlər