• cümə, 29 Mart, 14:29
  • Baku Bakı 14°C

Modul tipli xəstəxanalar funksionallıq baxımından ən müasir tələblərə cavab verir

31.07.20 14:30 769
Modul tipli xəstəxanalar funksionallıq baxımından ən müasir tələblərə cavab verir
"Koronovirus peyda olduğu andam qısa zaman kəsiyində dünyanın bütün ölkələrinə yayıldı. Ötən dövür göstərdi ki, bir çox ölkələr pandemiyaya hazır deyil. Təəccüblü görünsədə, hətta inkişaf etmiş bir çox ölkələrin səhiyyə sistemi belə,kütləvi axına dözmədi. Nəticədə xeyli sayda insan Covid-19 virusuna yoluxdu. ƏgərAzərbaycan Prezidenti cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qəti qərarlar olmasaydı, biz də müəyyən problemlərlə rastlaşa bilərdik".
Bu barədə "Kaspi" qəzetinə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, bir çox tədbirlərlə yanaşı, ölkə başçısı Bakıda və regionlarda modul tipli 10 xəstəxananın tikintisi ilə bağlı sərəncam imzalayıb. N.Məhəməliyevin sözlərinə görə, qısa vaxt ərzində həmin xəstəxanaların əksəriyyəti inşa olunub və koronovirusun yoluxmasının kütləvi hal aldığı zamanda öz əhəmiyyətini göstərib: "Modul tipli xəstəxanalar, funksionallıq baxımından ən müasir tələblərə cavab verməklə, vətəndaşlarda bir ümid çırağı yandırdı. Eyni zamanda pandemiyadan sonra belə, bu obyektlər müxtəlif təyinatlar üzrə istifadə oluna bilər. Rahat şəkildə sökülərək, hərbi hissələr üçün kazarma və digər məqsədlər üçün istifadəsi mümkündür".
Millət vəkili vurğulayıb ki, müasir dünyada və əsasən regionda baş verən proseslər, qarşıdurmalar, konfliklər hər bir ölkənin istənilən texnogen hadisələrə hazır olmasını şərtləndirir: "Biz də mənfur qonşularla müharibə şəraitində olduğumuz üçün hər zaman hazır olmalıyıq. Hesab edirəm ki, ölkə başçısının hərtərəfli, düşünülmüş, çoxşaxəli siyasətinin tərkib hissəsi olan səhiyyə sahəsində görülən işlərin fonunda modul tipli xəstəxanaların tikintisi xüsusi yer tutur. Hər kəsin arzusudur ki, tezliklə pandemiya başa çatsın və əlavə xəstəxanalara ehtiyac yaranmasın. Ancaq zərurət yaranarsa ölkəmiz əhalinin sağlamlığınığı qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir. İstənilən halda, modul tipli xəstəxanalar xalqımıza layiqli xidmət edəcəkdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər