• cümə, 29 Mart, 14:34
  • Baku Bakı 14°C

Modriç həbs oluna bilər - Yalan ifadə verib

20.06.17 14:30 1351
Modriç həbs oluna bilər - Yalan ifadə verib
"Real”ın futbolçusu Luka Modriç 5 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Kaspi.az xəbər verir ki, Modriç məhkəmədə yalan ifadə verməkdə ittiham olunur. Modriç Zaqreb "Dinamo”sunun sabiq prezidenti Zdravko Mamiçin məhkəmə prosesində əsas şahidlərdən biri hesab olunur.
Mamiç 20 milyon avro vəsaiti mənimsəməkdə ittiham edilir. Modriç məhkəmədə "Tottenhem”ə keçidi və aldığı vəsaitlə bağlı ifadə verib.
Məlumata görə, o, məhkəmədə yalan ifadə verilib. Modriçin günahı sübut olunsa, Xorvatiya qanunlarına görə, onu 6 aydan 5 ilə qədər həbs cəzası gözləyir.
Alvesin fikirlərinə Maradona belə cavab verib: "Dani Alves axmaqdı. Bu futbolçu topa 3-4 dəfə toxunanda 8 dəfə qaydanı pozur. O, meydanda elə mövqedə çıxış edir ki, onun futbol oynamağına ehtiyac yoxdur”.
Dieqo Maradonanın vaxtında "Qızıl top”u ancaq avropalı futbolçulara verirdilər.
banner

Oxşar Xəbərlər