AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

MN: Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil

MN: Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil

Cəmiyyət
20 Oktyabr 2020, 19:35 370


"Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən mövqeləri döyüşə girməkdən imtina edir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Füzuliocavənd, Cəbrayıl və Zəngilanın kəndləri, o cümlədən Zəngilan şəhəri işğaldan azad edilib: "Ermənistan Müdafiə Nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyyatdan başqa bir şey deyil. Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Azərbaycan Ordusunun məqsədi legitim hədəfləri dəqiq atəşlərlə məhv etməkdir.