• cümə, 19 Aprel, 16:58
  • Baku Bakı 25°C

MM üzvləri AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

16.09.17 17:45 1015
MM üzvləri AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini,AŞPA-da Avropa Sosial Xartiyası üzrə Alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, o, qurumun Sosial komitəsinin iclasında iştirak edəcək.
İclasda "2016-2017-ci illər üzrəATƏT-in fəaliyyəti” müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq.
S. Fətəliyeva komitədə "Silahlı münaqişələrdə yaralanan uşaqların qorunması” mövzusunda məruzə ilə çıxış edəcək.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri,AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov isə qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq. Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Bu ilin payızında Strasburqda keçiriləcək "Dünya Demokratik Forumu”na hazırlıqla bağlı müzakirələr aparılacaq.
R. Hüseynov müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini bildirəcək.
banner

Oxşar Xəbərlər