• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

MM-in payız sessiyasında Elm və Təhsil haqqında qanunlara əlavə və düzəlişlər ediləcək

08.09.17 13:50 949
MM-in payız sessiyasında Elm və Təhsil haqqında qanunlara əlavə və düzəlişlər ediləcək
Milli Məclisin payız sessiyasında Elm və Təhsil Haqqında qanunlara müəyyən düzəlişlər və əlavələrin edilməsi nəzərdə tutulur.
Parlamentin Elm və təhsil komitəsinin sədri İsa HəbibbəyliAPA-ya bildirib ki, bununla bağlı komitədə müəyyən işlər görülür: "Elm və təhsil sahəsi zamanla yenilənir, yeni ideyalar, tələbatlar ortaya çıxır. Bunları nəzərə alaraqTəhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər müvafiq qurumlar birgə fəaliyyət göstərərək zamanın doğurduğu tələblərlə əlaqədar qanunlarda ediləcək əlavə və düzəlişlər üzərində çalışır. Bunlar payız sessiyasında müzakirəyə çıxarılacaq. Elm və təhsil haqqında qanunlara ediləcək düzəliş və əlavələrdə hazırlıq qrupları, magistratura, doktorantura pilləsi, tələbə kredit sistemi və digər məsələlər əksini tapıb. Məsələn, Azərbaycanda tələbələrə kreditlərin verilməsi tətbiq edilir. Ehtiyacı olan tələbələrə təhsil haqqını ödəmək üçün müvafiq qaydada kreditlər ödənilir. Onlar da işlədikləri müddətdə bu krediti geri qaytarmalıdırlar. Hələlik bu sistem yeni tətbiq olunur və onun qanunvericilik çərçivəsində tənzimlənməsinə ehtiyac var. Qanunlara ediləcək əlavə və düzəlişlərə əsasən, kreditlərin verilmə qaydaları və prinsipləri qanunla tənzimlənəcək. Bundan əlavə, təhsil kredit sistemi ancaq bakalavr pilləsi üzrə tətbiq edilir. Gələcəkdə magistratura və doktorantura pilləsində təhsil alanlara da kreditlərin verilməsi nəzərdə tutulur”.
İ.Həbibbəyli vurğulayıb ki, bu ilin sonuna yaxın komitədə orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsinin hazırlamaq üçün işçi qrup yaradılacaq.
banner

Oxşar Xəbərlər