• cümə, 19 Aprel, 02:14
  • Baku Bakı 18°C

MM-in komitə sədri büdcədən səhiyyəyə ayrılan vəsaitin azalmasına etiraz edib

22.11.17 13:05 1297
MM-in komitə sədri büdcədən səhiyyəyə ayrılan vəsaitin azalmasına etiraz edib
"Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır”.
APA-nın məlumatına görə, bunuMilli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, səhiyyə sahəsində çalışanların əmək haqları olduqca aşağıdır: "Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əmək haqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun.Maliyyə Nazirliyindən bu cür ciddi məsələyə diqqət etməyi xahiş edirəm”.
banner

Oxşar Xəbərlər